Sumqayıt şəhər Etiket Arxivləri:

Səməd Vurğun Poeziya Günləri

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxanada 29 mart 2012-ci il tarixində Vurğun poeziya günləri ilə əlaqədar poeziya axşamı keçirildi. Tədbiri aparmaq mənə həvalə olunmuşdu. Tədbiri giriş sözü ilə açandan sonra S.Vurğunun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdim. Daha sonra Sumqayıtın Tarixi Muzeyinin əməkdaşı Aydın Şahid S.Vurğunun “Azərbaycan” şeirini və S.Vurğun haqda yazdığı şeirini söylədi, kitabxananın oxucusu Kəklik Bəylərli görkəmli şəxslərin Səməd Vurğun haqqında fikirlərini söylədi. Tədbirdə Sumqayıt yazarlarından İbrahim İlyaslı, Yusif Nurniyyət, Xatirə Fərəcli, Məmmədyar Məmmədyarlı, Məmməd Namaz, Qafqaz Əvəzoğlu, Ədalət Nicat çıxış edərək Səməd Vurğun haqda fikirlərini və öz şeirlərini söylədilər. Tədbir keçirilən zalda “Ədəbiyyatımızın Vurğun zirvəsi” başlıqlı sərgi nümayiş etdirildi. Sərgidə nümayiş olunan ədəbiyyatlar ilə oxucuları metodika-biblioqrafiya şöbəsinin baş biblioqrafı Cəfərova Nazxanım tanış etdi. Tədbirdə Sumqayıt Dövlət Universitetinin və Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialında təhsil alan tələbə oxucularımız iştirak etdi. Oxumağa davam et