İlqar Fəhmi – “Aktrisa”

İlqar Fəhminin “Aktrisa” adlı psixoloji detektivini bir gecəyə oxuyub qurtardım. Əsəri oxumağa başlayanda ilk anlar o qədər də diqqətimi cəlb etmədi. Düşündüm ki, bu da elə bütün detektiv əsərlər kimi qətl hadisəsi ilə başlayır, yəqin ki, axırda da cinayətkarı tapıb cəzalandıracaqlar. Bir az oxuduqdan sonra isə yanıldığıma sevindim.

VEF bankın sahibinin ölümü sadəcə bir aktrisanın tamaşası olur. Lalə adlı bu obraz aktrisalığını tamaşalarda yox məs elə yaşadığı həyatın içində oynayır. “Kleopatranın zühuru” adlandırdığı bu oyun bir nəfərçün, yazıçı Rüfət Hüseynzadə üçün idi. Lakin bu bir nəfər, sadəcə, passiv tamaşaçı olmaq istəmir. Bu da böyük faciəyə gətirib çıxarır. Yazıçı sadəcə aktrisanın qurbanı olur. Onu cinayət etməyə sovq edir. Lalənin qurduğu tələdən ayılanda isə Rüfət üçün artıq gec olur. O, anlayır ki, arıq o bir cinayətkardır. Aktrisa öz həyatının bahasına olsa da öz rolunu sona kimi oynayır…

Əsərin təsiri, psixoloji açılışı ikinci hissəsindədir. Hər kəsi bu əsəri oxumağı məsləhət görürəm.

YÜKLƏ

Əsərin motivləri əsasında bir neçə il əvvəl dövlət sifarişilə tammetrajlı bədii film çəkilmişdir.

 

 

18.05.2012

Vüsalə Dəniz Əliyeva

Bir cavab »

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma