Mani və ya pul əlifbası – Uğurun başlanğıcı

maniBodo Şeferin “Mani və ya pul əlifbası” povestini 2013- cü ildə oxumuşam. Burada Mani adlı bir it on iki yaşlı bir qıza pul ilə davranmağı öyrədir, həm də qıza valideynlərini maliyyə çətinliklərindən qurtarmağına yardımçı olur.

Əgər pul ilə rəftarı bilmirsinizsə bu kitab çox köməyinizə çatacaqdır. Bu rəvayətdə Kira, ardıcıllıqla sərvətin qanunauyğunluqlarını öyrənir; pulun hansı məna kəsb etməsi; arzu daxılı; sevimli hobbini peşəyə necə çevirmək olar ki, bununla da gəlirimiz artsın; yüksək qazancı əylənərək necə qazanmaq olar; qızıl yumurta verən toyuq haqda nağıl; pulları necə artırmaq olar; aksiya; sərmayə; investisiya və s.

Deməli, qısaca şərh edim. Əsər onunla başlayır ki, Kiranın ailəsi sahibsiz ev iti tapırlar. Lakin ailənin xərcləri çox olur, itə baxa bilməyəcəklərini balaca Kiraya deyəndə, qızcığaz çox kədərlənir. Daha sonra itin sahibi Manini tapır. Qızcığazın ailə vəziyyətini, itdən ayrıla bilmədiyini görəndə qıza müəyyən məbləğdə pul verir ki, itə baxsın. Kira hər gün Manini meşəyə aparıb gəzdirir. Bir gün Mani onunla danışmağa başlayır, Kira gözlərinə inanmır. İt qızcığaza hər gün pul ilə bağlı dərslər keçir. Kiranın 3 arzusu olur;  ailəsini borcdan qurtarmaq, Amerikaya səyahət etmək və nootbook almaq.

Daha sonra qonşuluqda olan itlərə baxmağa başlayır beləliklə məvacibi daha da artır. Kira əsər boyu bir çox insanlarla tanış olur, onlara kömək edir, onlardan həyati dərslər alır. Bu da büdcəsini artırmağa təkan olur. Bank işçisi ilə tanışlıq isə ona pullarını investisiya klubuna yatırır, daha çox faiz əldə etmək imkanı yaradır. Beləliklə əsərin sonunda Kira öz istəklərinə çatmaq üçün çox yüksək uğurlar qazanır.

Sonda Kira bank işçisi xanım Xaynen – in xahişi ilə məktəbin akt zalında uşaqlar qarşısında çıxış edir. Kira pulla necə düzgün rəftar etməyi haqqında danışır. Yığıncağın sonunda ona bir nəşriyyatın direktoru yaxınlaşır və Kiraya uğurları haqda kitab nəşr etməyi  təklif edir.

Əsərdə bəyəndiyim fikirlər:

  • Uğur qazanmış bir adamı, qrupu və ya firmanı yadınıza salın. Onlarla yaxınlığa çalışın, keçirdikləri yolu analiz edin və siz mütləq lazımi dəlilləri əldə edəcəksiniz.
  • Uğuru və sərvəti əylənərək əldə etmək olar.
  • Vaxtı gəlmiş ideyanı heç kim saxlaya bilməz.
  • Bir çin müdriki deyib: “Böyük işi o kiçik ikən görməyə başla, çünki, böyük işlərin hamısı kiçikdən başlayır”.
  • Həyatda nə isə əldə etmiş insanlar öncə həmin şey haqda xəyallara dalmışlar. Onlar məqsədlərinə nail olacaqları günü xəyallarında dönə-dönə canlandırmışlar. Əlbəttə sadəcə xəyallara dalmaq azdır. Vizualizasiyasız isə hələ heç kim öz məqsədinə nail olmayıb. Diqqətimiz nəyin üzərinə cəmləşirsə o da inkişaf edir.
  • Cəhd etmək – bu sadəcə bəhanədir, gələcək uğursuzluğa öncədən bəhanə gətirməkdir. Heç bir cəhd mövcud deyil. Hansısa bir işi ya görürsən, ya da görmürsən.
  • Pul toplamağın ən yaxşı vasitəsi isə şüşə bankanı daxıla çevirməkdir.
  • Xərclərimiz gəlirlərimizlə birgə artır.
  • Pul qazanacağın yaxşı ideyalarının olmasından asılı deyil. Bu sənin nə qədər inanmağından asılıdır.
  • Hətta problemlərinin belə olmasına baxmayaraq, sən planlaşdırdığın işi görməlisən. Problemlər həmişə olacaq.
  • Vacib işləri hər şey qaydasında olduqda da görməlisən.
  • Nə isə etmək qərarına gəlmisənsə bunu 72 saat (3 sutka) ərzində etməlisən. Yoxsa, həmin iş heç vaxt görülməyəcək.
  • Qənaət etməyi öyrənmədikdə, qazancın artması ilə xərclər də artır.
  • “Toyuq haqda rəvayət” – Bir kəndli olur, toyuğun yumurtladığı yumurtaları satır. Bir gün toyuğu qızıl yumurta yumurtlayır. Və belə bu hər gün davam edir. Qoca kəndli hər gün qızıl yumurtanı aparıb satır pul qazanır. Qoca getdikcə tamahkarlaşır və istəyir ki, toyuğu günə iki dənə qızıl yumurta qoysun. Buna nail ola bilməyəndə hinə qaçıb toyuğu kəsir. Bununla da qızıl yumurtalardan məhrum olur. Rəvayətin məğzi belədir; qızıl yumurta gətirən toyuğu kəsmək olmaz. Toyuq sənin pullarındır. Əgər sən onları ağıllı bir işə yatırsanonda yaxşı faiz ala bilərsən. Faizlər isə , qızıl yumurtalardır. Lakin sən nə “toyuqdan”, nə də arzularından imtin etməməlisən. Onların hər ikisini əldə etmək olar. Hesab edək ki, sən on avro qazanırsan, çox hissəsini banka qoyursan. Yerdə qalan pulları xərcləmək olar.
  • Yalnız axmaqların bəxti bir dəfə gətirir, ağıllıların isə bəzti həmişə gətirir.
  • Pul xarakteri üzə çıxarır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma