Aylıq Arxivlər: May 2012

Oxucuların təsnifatı

Oxucuların təsnifatının müxtəlif modelləri mövcuddur. Çalışacam sizi bu modellərin bəziləri ilə tanış edim.

R. Başbergerin modelinə görə uşaq və gənc oxucuları 4 tipə bölmək olar.

1-Romantik tip. Nağılları, macəra ədəbiyyatını daha çox sevən, realist və intellektual-əxlaqi bədii ədəbiyyatı bəyənməyən tipdir. Uşaqlar arasında tez-tez təsadüf olunur və bu tip oxucular yeniyetməlik yaşlarında fantastik ədəbiyyatı böyük həvəslə oxuyurlar.

2-Realist tip. İnsanlar arasında qarşılıqlı münasibət və onları əhatə edən xarici aləm haqqında yazılan kitabları oxuyur, nağıllara maraq göstərmir. Bu xüsusiyyətlər yeniyetmə yaşlarında özünü biruzə verir.

3-İntellektual tip. Bədii ədəbiyyatda əməli nəticə çıxarmağa çalışır, biliyini artırmğa cəhd göstərməsi ilə əlaqədar olaraq maraqlı məlumatlarla zəngin kitablar oxumağı daha çox sevir. Bu tipə yeniyetmələr və gənclər arasında daha çox rast gəlinir.

4-Estetik tip. Nadir hallarda rast gəlinir. «Cingiltili sözlərdən», qafiyələnmiş ahəngli və vəznli misralardan sözün əsl mənasında zövq alır. Oxucuların bu tipi şeirə maraq göstərir və xoşladıqları kitabı dəfələrlə oxuyurlar.

Yaşlı oxucular üçün isə Bolhast modelini nəzərinizə çatdırıram.

1. Çox oxuyan, ancaq oxuduqlarına tənqidi yanaşmayan tip.

2. Az oxuyan tip.

a) kitabları həyati məqsədlər üçün oxuyan-dinamik praqmatik adamlar.
b) introvertiv-macerapərəst tip. Bunlar əsasən çox əhəmiyyətli bədii əsərləri sevən və çox inkişaf etmiş təsəvvürə malik oxuculardı.

3. Öz həyati təlabatlarını dərindən dərk edən və onu təmin etmək üçün yollar axtaran fəal, məqsədyönlü və müntəzəm olaraq mütaliyə edən oxucu.

4. «Asılı», «hər sözə qulaq asan» və hansı kitabı oxumaq üçün məsləhətə ehtiyacı olan, üçüncü tipdən fərqli olaraq ədəbi-pedoqoji təsirə məruz qalan fəal oxucu.

5. «Sabit» tip; müəyyən növ məzmuna malik olan kitablar oxumağa həvəs göstərən oxucu.

6. «Birbaşa hər şeyi oxuyan» tip; ağına bozuna baxmadan, ucdantutma, qayda-qanunsuz, əlinə nə keçdi bir-birinin ardınca oxuyan və oxuduğuna qayıtmayan oxucu.

20.05.2012

Vüsalə Dəniz Əliyeva

apellyasiya, yoxsa apelyasiya??

Bu söz Azərbaycan Respublikasının Konstitusiyasında belə yazılıb: apellyasiya.

Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan dilinin orfoqrafiya qaydaları” əsasında hazırlanan, Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun 2004-cü ildə nəşr etdirdiyi “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə isə həmin sözün yazılışı belədir: apelyasiya.

Nəsimi adına Dilçilik İnstitutunun bir başqa nəşrində – 2006-cı ildə işıq üzü görən “Azərbaycan dilinin izahlı lüğəti”ndə yazılış bu cürdür: apellyasiya.

“Azərbaycan dilinin izahlı lüğəti”nin əvvəlki nəşrində (onu da Nəsimi adına Dilçilik İnstitutu buraxıb) yazılış belə olub: apelyasiya.

Beləliklə, konstitusiyanın və izahlı lüğətin son variantında iki “l”, izahlı lüğətin əvvəlki, orfoqrafiya lüğətinin yeni variantında isə bir “l” hərfi ilə yazılan bu sözün düzgün yazılışı necədir: apellyasiya, yoxsa apelyasiya?

Əslində isə bu söz apelyasiya kimi yazılmalıdır.

Haqqında bəhs edilən söz latın mənşəlidir, hansısa qərardan yuxarı instansiyaya şikayət və ya müraciət etmə mənasını verir.

20.05.2012

Vüsalə Dəniz Əliyeva

Sevgi…

Görkəmli Yaponiyalı yazıçı və mütəfəkkir Masumi Toyotome “Sevginin 3 Növü” (“Three Kinds of Love”) adlı kitabında sevgi və sevginin növləri barədə düşündüklərini yazmış və hər kəslə paylaşmışdır. Hamımız içimizdə sevgi nədir bilirik, hiss edirik, başa düşürük. Bunu sözlərə köçürdərək izah etmək isə çox çətindir. Masumi Toyotome buna cəhd etmiş və hətta sevgini növlərə ayırmışdır. Onun baxdığı istiqamətdə baxarsaq, zənnimcə nə demək istədiyini başa düşər və sözlərinə haqq qazandırarıq.

“Dünyada sevilmək istəməyən insan yoxdur” sözlərilə Toyotome kitabı başlayır.
“Amma sevgi nədir, harada tapmaq olar, bilirikmi?” deyə soruşur.. Sonra izah etməyə başlayır.
“Sevgi üç növdür!..”
Birincinin adı “Əgər” növ sevgidir!..
Əgər yaxşı olsan atan, anan səni sevər. Əgər uğurlu və mühim bir insan olsan, səni sevərəm. Əgər həyat yoldaşı olaraq mənim istədiklərimi versən, səni sevərəm. Toyotome “Ən çox təsadüf edilən sevgi növü budur” deyir. Bir şərtə bağlı olan sevgi.. Qarşılıq gözləyən sevgi… Məqsəd sevgi qarşılığında bir şey qazanmaqdır. Gənclər bir-birlərinin o ankı gerçək vəziyyətinə deyil, xəyallarındakı şişirdilmiş romantik görüntüsünə aşiq olur və nələrsə gözləməyə başlayırlar. Bu gözləntilər həyata keçmədiyində isə məyusluq başlayır. Ən saf olmalı olan ana-ata sevgisində belə “Əgər” növ sevgiyə rast gəlinir.

Yazar bir misal çəkir: “Bir gənc atasını məmnun etmək məqsədilə Tokyo Universitetinə daxil olmaq üçün çox çalışır. Məktəbdənkənar hazırlıq kurslarına da gedir. Amma uğur qazana bilmir. Atasının üzünə baxa bilmədiyi və kədərini yüngülləşdirmək üçün bir həftəlik Hakoneyə istirahətə gedir. Evə qayıtdıqda atası əsəblə “İmtahandan keçə bilmədin, hələ utanmadan istirahətə də gedirsən?” deyə bağırır. Gənc oğlan “Ata, sən də bir zamanlar özünü yaxşı hiss etməyəndə Hakoneyə istirahətə getdiyini demişdin” deyir. Atası isə bir az da hirslənərək oğluna bir sillə vurur. Oğlan da gedib intihar edir.” Qəzetlər intiharın ani əsəb böhranının nəticəsi olduğunu söylədilər. Amma onlar yanılırdı. Gənc oğlan atasının ona olan sevgisinin yüksək gözləntilərlə bağlı olduğunu başa düşmüşdü! Insanlar isə əslində “Əgər” növ sevgidən daha artıq bir sevgi axtarırlar.

İkincisi “Çünki” növ sevgidir.
Toyotome bu növ sevgini belə tərif edir: “Bu cür sevgide insan, kim olduğu, nəyəsə sahib olduğu, ya da nə isə etdiyi üçün sevilir. Başqa birinin onu sevməsi, sahib olduğu bir nəyəsə bağlıdır. “Misal istəyirsiz?.. “Səni sevirəm. Çünki çox gözəlsən.” “Səni sevirəm. Çünkü o qədər məşhur, o qədər varlısan ki.” “Səni sevirəm. Çünki məni o qədər romantik yerlərə aparırsan ki..”
Yazar, “Çünki” növ sevginin, “Əgər” növ sevgidən daha üstün tutulduğunu izah edir. “Əgər” növ sevgi bir gözləntiyə bağlı olduğundan böyük və ağır bir yük halına gələ bilir. Lakin sahib olduğumuz nəyəsə görə sevilməyimiz çox xoş bir şeydir. Bu növ, olduğumuz kimi sevilməkdir. Insanlar olduqları kimi sevilməyi üstün tuturlar. Bu növ sevgi onlara yük gətirmədiyinə görə rahatlıq verir. Lakin dərin düşündükdə bu növün “Əgər” növdən əsasən çox fərqli olmadığını görərik. Bu növ sevgi də insanlara yüklər gətirir. Insanlar elə hey daha çox insan tərəfindən sevilmək istər. Onu sevdirən xüsusiyyətlər başqa birində daha artıq təzahür edərsə, onu sevənlərin artıq digərini sevə biləcəyi qorxusuna düşərlər. Beləcə həyatlarında sonu olmayan sevgi qazanmaq uğrunda rəqabət başlayar. Ailənin ən kiçik qızı yeni doğulan körpəyə, sinfin ən gözəl qızı yeni gələn qıza, evli qadın isə ərinin gənc və gözəl katibəsinə paxıllıq etməyə başlayar. Belə halda Toyotome soruşur: “Bu növ sevgidə inam duyğusu ola bilərmi? “Çünki” növ sevgi də həqiqi və sağlam sevgi ola bilməz.” Bu cür sevginin inam duyğusu verməməsinin iki başqa səbəbi də vardır. Birincisi, “Görəsən bizi sevən insanın xəyalındakı insanıq?” qorxusu; ikincisi də, “Birdən nə vaxtsa dəyişərəm, insanlar məni sevməzlər” narahatlığı;

Yaponiyada camaşırxanada çalışan dünya gözəli bir qızın üzü partlayan qazanla çirkin hala düşmüşdü. Qızın nişanlısı nişanı pozaraq onu tərk edib, gedir. Ən pisi isə qızın eyni kənddə yaşayan ata-anası artıq çirkin olan qızlarını xəstəxanada ziyarətə edə bilməmişlər. Gözəlliyi üzərində qurulan sahib olduğu sevgi bir gündə yox oldu. Qız bir neçə ay sonra kədərdən dünyasını dəyişir. Yaponiyalı yazıçı bildirir ki, “Cəmiyyətdəki sevgilərin çoxu “Çünki” növdür və bu cür sevgi davamlılıq baxımından insanı hər zaman şübhəyə salır.” Bəs o zaman, əsl sevgi, inamlı sevgi hansıdır?

Və budur, sevgilərin ən gerçəyi! (Təbii ki, Masumiyə görə)

Yazıçı bildirir ki, “Üçüncü növ sevgi mənim “Rəğmən” adlandırdığım sevgidir”.

Bu sevgi digər iki sevgidən fərqlənir. Bu növ sevgidə “Kim isə olarsansa əgər” və ya “kim isə olduğuna görə” deyil, “Kim olduğuna rəğmən” sevilirsən. Esmeralda Qvazimodanı dünyanın ən çirkin, ən qorxunc biri olmasına “rəğmən” sevir. Əsil-nəcabətli, yaraşıqlı, zəngin gənc isə Esmeraldanı qaraçı olmasına “rəğmən” tapır.
İnsan dünyanın ən çirkin, ən yazıq, ən səfil biri ola bilər. Lakin bütün bunlara rəğmən sevilə bilər. Ümumilikdə çox dəyərsiz kimi görünə bilər, amma ən dəyərli kimi sevilə bilər. Əlbəttə ki, insanın bu sevgiylə qarşılaşması lazımdır. Yaponiyalı yazıçı bunu “ürəklərin ən çox susadığı sevgi” adlandırır. “Fərqində olsanız da, olmasanız da, bu növ sevgi sizin üçün yemək, içmək, geyim, ev, ailə, var-dövlət, müvəffəqiyyətdən daha önəmlidir.” O, haqlı olduğunu sübut etmək üçün sizə bir sualla ünvanlanır: “Qəlbinizin dərinliklərində dünyada heç kimin sizə əhəmiyyət vermədiyini və heç kimin sizi sevmədiyini düşünsəydiniz, yemək, geyim, ev, ailə, var-dövlət, müvəffəqiyyətə olan inamınızı itirməzdiniz? Öz-özünüzə “Yaşamağın nə mənası var?” deyə soruşmazdınız?” Sonra Toyotome davam edir “bu gün həyatımızı davam etdirə bilməyimizin səbəbi “Rəğmən” növ sevgini indi yaşamağımız və ya bir gün bu sevgini tapa biləcəyimizə inamdır.” Hər şeyə rəğmən sevmək və ya sevilmək həqiqətən də çox gözəl və özəldir. Bu gün cəmiyyətdə hər kəsi doyura biləcək bu sevgini tapmaq çox çətindir. Çünki hər kəsin sevgiyə ehtiyacı vardır. Lakin kimdəsə başqasına daha artıq veriləcək sevgi yoxdur. Yaxınımızda olan birinin bu sevgini bizə verməsini gözləyirik. Amma o da eyni şeyi başqasından gözləyir. Masumi Toyotome sözlərini belə tamamlayır: “Dünyadakı ən böyük qıtlıq “Rəğmən” növ sevginin yetərincə olmamasıdır.”

19.05.2012

Vüsalə Dəniz Əliyeva

Tarix Muzeyində

18 May Beynəlxalq Muzey Günüdür. Bu günlə əlaqədar olaraq SOS Uşaq Kəndləri Sumqayıt TDM-nin uşaqlarını Layihə Koordinatoru Nisə xanımla birlikdə Sumqayıt Tarix Muzeyinə ekskursiya təşkil etdik. Muzeyin ekskursiya aparıcısı Aydın Kərimov uşaqları ekspozisiyalarla tanış etdi. Uşaqlar Sumqayıtın tarixi ilə bağlı bilikləri, əfsanələri çox maraqla dinlədilər.

Yuxarıda göstərdiyim linkdə siz də muzeyin saytına daxil olub qiyabi olaraq muzeylə tanış ola, bizim kimi əyani tanış olmaq istəyirsinizsə onda Sumqayıt Tarix Muzeyinə baş çəkə bilərsiniz 🙂

18.05.2012

Vüsalə Dəniz Əliyeva

İlqar Fəhmi – “Aktrisa”

İlqar Fəhminin “Aktrisa” adlı psixoloji detektivini bir gecəyə oxuyub qurtardım. Əsəri oxumağa başlayanda ilk anlar o qədər də diqqətimi cəlb etmədi. Düşündüm ki, bu da elə bütün detektiv əsərlər kimi qətl hadisəsi ilə başlayır, yəqin ki, axırda da cinayətkarı tapıb cəzalandıracaqlar. Bir az oxuduqdan sonra isə yanıldığıma sevindim. Oxumağa davam et

İlqar Fəhmi ilə görüş

17 May İnsan Hüquqları Tədrisi Mərkəzinin Ədəbiyyat Klubunda Vüsalə Əliyeva və Samirə Şirməmmədovanın təşkilatçılığı ilə gözəl qələm sahibi İlqar Fəhmi Sumqayıtlı oxucuları ilə bir araya gəldi. Görüş çox səmimi oldu. İlqar Fəhmi ona ünvanlanan sualları cavablandırdı. Əsərləri, şeirləri müzakirə olundu. Oxumağa davam et

Bir təbəssüm nədir ki :)

23 yaşım var… Bu günə kimi fiziki cəhətdən qüsürlu olan uşaq evinə getməmişdim. Ətrafımdakı dost-tanışlar təklif etsə də buna hazır olmadığımı bildirirdim.

Lakin son vaxtlar ora getmək, onlarla yaxından tanış olmaq istədim. Mən, Bahəddin və Daşqının təşəbbüsü ilə ətrafımızdakı insanlarla birlikdə 6.05.2012 tarixində Saray 7 saylı uşaq evinə yollandıq. Təbii ki, bizə özləri gələ bilməyib kömək eləyənlər də oldu. Var olsunlar.

Elə içəri daxil olmuşduq ki, balaca oğlan uşağı qaça-qaça yanıma gəldi. Elə sevinirdi ki… Sözlə ifadə etmək mümkün deyil. Özümü güclə saxlayırdım ki, kövrəlməyim. Ordakı bütün uşaqlar bizi görəndə elə sevinirdilər… Bilmirəm nə yazım ki, həmin sevincləri ifadə edə bilim. Oxumağa davam et