Aylıq Arxivlər: Yanvar 2012

“İtirilmiş Əlyazma”nın təqdimatı

İnsan Hüquqları Tədrisi Mərkəzinin Ədəbiyyat Klubu 21 Yanvar 2012 – ci il saat 13:00 da Cəlil Cavanşirin “İtirilmiş Əlyazma” tarixi romanının təqdimatını Sumqayıtda ilk olaraq biz İnsan Hüquqlarının Tədrisi üzrə Təlim və Resurs Mərkəzində təşkil etdik.  Tədbiri mən, yəni Vüsalə Dəniz Əliyeva və Samirə Şirməmmədova aparırdı. Bu yazarın sayca sayca dördüncü kitabıdır ki, işıq üzü görür. Xatırladım ki,  kitab “Qanun” nəşriyyatında “Ən yeni ədəbiyyat” seriyasından çıxıb. Kitabda Azərbaycan tarixində önəmli yer tutan, Şirvanşahlar dövlətinə uzun müddət hökmdarlıq edən Dərbəndilər sülaləsindən və onların indiki Oğuz rayonunun Xaçmaz kəndində yaşayan varislərindən söz açılır.

Kitabı mən bir günə oxuyub bitirdim. Real tarixi şəxsiyyətlərlə yanaşı, kitabda təxəyyül məhsulu olan qəhrəmanlardan, tarixin müəyyən dönəmində Azərbaycan tarixində izi olan hökmdarlardan və elm tərəfdarı olan insanlardan söhbət açılır. Romanı oxuduqca başa düşdüm ki, bu romanı yazar babasının danışdığı əhvalatlar və dayısının məsləhəti ilə yazıb. Onu da qeyd edim ki, əsərin çox sadə dili var. Əsərin sonunda olan bir hissəni nəzərinizə çatdırmaq istəyirəm. Oxumağa davam et

Çingiz Abdullayevlə görüş…

Əsərlərini sevə-sevə oxumağıma baxmayaraq onu heç görməmişdim. İmkanım olub görməyə, amma nədənsə bu məndə alınmırdı ki alınmırdı. Nehayət SDGT onu  Yanvar ayının 27-də onu doğma şəhərimiz Sumqayıta dəvət etdilər. Həm də ən arzuladığım bir məkana… 31 nömrəli orta məktəb… Ona görə mənə doğmadır ki, mən məs bu məktəbin yetirməsiyəm. Bir də ona görə çox sevindim ki, illərlə görmək istədiyim bir yazıçını görmək üçün bu qədər yaxında qalıram… 31 nömrəli məktəbin yanında… Həmin gün çox həyəcanlıydım… Onu görmək, ona sual vermək və nəhayət onun imzası olan bir kitaba sahib olmaq… Görüşlə bağlı təəssüratlarım çoxdu. Çox maraqlı bir tədbir oldu. Çingiz Abduallayev bütün verilən sualları cavablandırdı. Oxumağa davam et