Bağışla, Dəniz…

me

Sahildən çox uzaqdayam,

Tapa bilmirəm səni…

Zülmətə məhkum olmuşam,

İtib-batıram…

Necə tapa bilərəm ki , səni?!

Özüm sənin xəyallarında

Sənin sularına qərq olmuşam.

Düzdür, hərdən keçirəm

yaxınlığından,

amma kirlənmisən.

Daha əvvəlki kimi

Gözəl deyilsən, Dəniz!

Yorulmusan, bilirəm!

Qayğılar yorur səni…

Axı kirlənmiş sularında

Necə sakit olasan, Dəniz!

Sən çirkaba bulaşmısan,

Sakitliyini itirmisən…

Bir az sakitləş, dincəl…

Coşursan, Dəniz!

Çoxdandır hüzuruna

gələ bilmirəm…

Bilmirəm günah səndədi,

ya da ki, məndə…

Sadəcə olaraq,

Bağışla, Dəniz!

Müəllif: Vüsalə Ağahüseynova

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma