İlqar Fəhmi ilə görüş

17 May İnsan Hüquqları Tədrisi Mərkəzinin Ədəbiyyat Klubunda Vüsalə Əliyeva və Samirə Şirməmmədovanın təşkilatçılığı ilə gözəl qələm sahibi İlqar Fəhmi Sumqayıtlı oxucuları ilə bir araya gəldi. Görüş çox səmimi oldu. İlqar Fəhmi ona ünvanlanan sualları cavablandırdı. Əsərləri, şeirləri müzakirə olundu.

İlqar Fəhmi 1975-ci ildə Bakı şəhərində anadan olub. Əslən Bakının Zirə kəndindəndir. 1992-1997-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb. 1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. 8 kitabı dərc edilib, 2002-ci ildə “Axırıncı qatar” (“İtlər”) pyesi Cənnət Səlimova tərəfindən səhnələşdirilib, “Ölüm növbəsi” (2009, rejissor Fikrət Əliyev), “Aktrisa” (2010, rejissor Rövşən İsax), “Dərvişin qeydləri” (2011, rejissor Eldar Quliyev) və başqa ssenariləri dövlət sifarişiylə ekranlaşdırılıb. 2003-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin “İlin ən yaxşı gənc şairi” mükafatına, 2007-ci ildə “Rəsul Rza” ədəbi mükafatına, 2008-ci ildə Rusiyada MDB ölkələri gənc şairləri arasinda keçirilən Poeziya yarışının diplomuna, 2011-ci ilde ise “Baki tarixinden kollaj” eserine gore “HUMAY” mukafatina layiq görülüb. Əsərləri bir çox xarici ölkələrdə nəşr edilib. Hazırda Azərbaycan Yazıçılar Birliyinin tərcümə seksiyasının rəhbəri və “Ulduz” jurnalının şöbə müdiridir.

17.05.2012

Vüsalə Dəniz Əliyeva

Bir cavab »

Bir şərh yazın