Səməd Vurğun Poeziya Günləri

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxanada 29 mart 2012-ci il tarixində Vurğun poeziya günləri ilə əlaqədar poeziya axşamı keçirildi. Tədbiri aparmaq mənə həvalə olunmuşdu. Tədbiri giriş sözü ilə açandan sonra S.Vurğunun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdim. Daha sonra Sumqayıtın Tarixi Muzeyinin əməkdaşı Aydın Şahid S.Vurğunun “Azərbaycan” şeirini və S.Vurğun haqda yazdığı şeirini söylədi, kitabxananın oxucusu Kəklik Bəylərli görkəmli şəxslərin Səməd Vurğun haqqında fikirlərini söylədi. Tədbirdə Sumqayıt yazarlarından İbrahim İlyaslı, Yusif Nurniyyət, Xatirə Fərəcli, Məmmədyar Məmmədyarlı, Məmməd Namaz, Qafqaz Əvəzoğlu, Ədalət Nicat çıxış edərək Səməd Vurğun haqda fikirlərini və öz şeirlərini söylədilər. Tədbir keçirilən zalda “Ədəbiyyatımızın Vurğun zirvəsi” başlıqlı sərgi nümayiş etdirildi. Sərgidə nümayiş olunan ədəbiyyatlar ilə oxucuları metodika-biblioqrafiya şöbəsinin baş biblioqrafı Cəfərova Nazxanım tanış etdi. Tədbirdə Sumqayıt Dövlət Universitetinin və Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialında təhsil alan tələbə oxucularımız iştirak etdi.

Səməd Vurğun milli olduğu qədər beynəlmiləl, beynənmiləl olduğu qədər də milli sənətkardır. S.Vurğun poeziyamızın nəhəng planetidir. Bu planetin günəşi, ulduzları isə sönməzdir.

Bu tədbirdə mən bir çox tanımadığım yazarları tanımaq, onların fikirləri ilə tanış olmaq çox xoş oldu.

İndi isə tədbirdən çəkilən şəkilləri təqdim edirəm.

 

VÜSALƏ DƏNİZ ƏLİYEVA

2 cavab »

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma