Bir təbəssüm nədir ki :)

23 yaşım var… Bu günə kimi fiziki cəhətdən qüsürlu olan uşaq evinə getməmişdim. Ətrafımdakı dost-tanışlar təklif etsə də buna hazır olmadığımı bildirirdim.

Lakin son vaxtlar ora getmək, onlarla yaxından tanış olmaq istədim. Mən, Bahəddin və Daşqının təşəbbüsü ilə ətrafımızdakı insanlarla birlikdə 6.05.2012 tarixində Saray 7 saylı uşaq evinə yollandıq. Təbii ki, bizə özləri gələ bilməyib kömək eləyənlər də oldu. Var olsunlar.

Elə içəri daxil olmuşduq ki, balaca oğlan uşağı qaça-qaça yanıma gəldi. Elə sevinirdi ki… Sözlə ifadə etmək mümkün deyil. Özümü güclə saxlayırdım ki, kövrəlməyim. Ordakı bütün uşaqlar bizi görəndə elə sevinirdilər… Bilmirəm nə yazım ki, həmin sevincləri ifadə edə bilim.

İnanın ki, onların təbəssümü üçün çox şey lazım deyil; şirniyyat alıb aparıb onlara paylasanız, “Can cana” mahnısını onlara qulaq asdırıb, onlarla oynasanız siz onlara təbəssüm bəxş edə bilərsiniz. Həmin vaxt düşündüyüm tək bir şey bilirsiz nə idi… Niyə mən bura birinci dəfədir gəlirəm😦 Axı bir təbəssüm nədir ki…

Sonra orda tərbiyəçilərdən öyrəndim ki, bu uşaqlar 35 yaşlarına kimi burda qalırlar. Ondan sonra dövlət onları qocalar evinə yollayır. Beləcə ömürlərini sürürlər.

Orda olmaq şükür etməyi bacarmayan insanlar üçün nümunədir. İnsan başa düşür ki, görən gözləri, eşidən qulağı, danışan dili, əl tutan əlləri, yeriyən ayaqları elə onun ən böyük xoşbəxtliyidir. Biz hamımız XOŞBƏXT insanlarıq.

Bu yazını yazmaqda məqsədim hamınızı ayda 1 dəfə də olsa ora getməyə səsləməkdir. Yuxarıda qeyd etdiyim kimi… Axı 1 TƏBƏSSÜM nədir ki… Onlara təbəssüm bəxş edək🙂

Vüsalə Dəniz Əliyeva

5 cavab »

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma