“İtirilmiş Əlyazma”nın təqdimatı

İnsan Hüquqları Tədrisi Mərkəzinin Ədəbiyyat Klubu 21 Yanvar 2012 – ci il saat 13:00 da Cəlil Cavanşirin “İtirilmiş Əlyazma” tarixi romanının təqdimatını Sumqayıtda ilk olaraq biz İnsan Hüquqlarının Tədrisi üzrə Təlim və Resurs Mərkəzində təşkil etdik.  Tədbiri mən, yəni Vüsalə Dəniz Əliyeva və Samirə Şirməmmədova aparırdı. Bu yazarın sayca sayca dördüncü kitabıdır ki, işıq üzü görür. Xatırladım ki,  kitab “Qanun” nəşriyyatında “Ən yeni ədəbiyyat” seriyasından çıxıb. Kitabda Azərbaycan tarixində önəmli yer tutan, Şirvanşahlar dövlətinə uzun müddət hökmdarlıq edən Dərbəndilər sülaləsindən və onların indiki Oğuz rayonunun Xaçmaz kəndində yaşayan varislərindən söz açılır.

Kitabı mən bir günə oxuyub bitirdim. Real tarixi şəxsiyyətlərlə yanaşı, kitabda təxəyyül məhsulu olan qəhrəmanlardan, tarixin müəyyən dönəmində Azərbaycan tarixində izi olan hökmdarlardan və elm tərəfdarı olan insanlardan söhbət açılır. Romanı oxuduqca başa düşdüm ki, bu romanı yazar babasının danışdığı əhvalatlar və dayısının məsləhəti ilə yazıb. Onu da qeyd edim ki, əsərin çox sadə dili var. Əsərin sonunda olan bir hissəni nəzərinizə çatdırmaq istəyirəm.

“Dayım gülə-gülə mənimlə sağollaşanda düşündüm ki, zarafat eləyir. Ancaq bilgisayarı işə salıb, əhvalatları yazdığım faylı açanda, onu yenidən oxuyanda başa düşdüm ki, babamın danışdığı əhvalatlar göydən düşməyib, babam da dəftərdən oxuduqlarını danışıb mənə. Deməli, itmiş dəftər bərpa olunmuşdu. Mən babamın tarixini yazmışdım.”

Təqdimat çox maraqlı keçdi. Yazara müxtəlif suallar ünvanlandı və Cəlil Cavanşir bütün sualları çox məharətlə cavablandırdı. Sonda istəyən hər bir kəs yazarın imzalı kitabına sahib oldu. Cəlil Cavanşirə yaradıcılığında müvəffəqiyyətlər arzulayırıq.



3 cavab »

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma