KitaB İctimai Sərvətdir!

Aprel ayının 23 – ü SOS uşaq Kəndləri Azərbaycan Assosasiyasının Sumqayıt şəhər Təhs Dəstək Mərkəzində uşaqlar üçün “Kitab ictimai sərvətdir” mövzusunda qeyri-formal tədris metodunda təlim keçdim. Tədbir 2 aprel Beynəlxalq Uşaq Kitab Günü və 23 aprel Ümumdünya Kitab Gününə həsr olunmuşdu.

Beynəlxalq Uşaq Kitab Günü 2 aprel qeyd olunur. Bu gün məşhur nağılçı Hans Xristian Andersen anadan olub.Beynəlxalq Uşaq Kitab Gününün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman istəyib. 1967 – ci ildən başlayaraq Uşaq kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü və qərarı ilə 2 aprel bütün dünyada Beynəlxalq Uşaq Kitab Günü kimi qeyd olunmağa başlayıb.

23 aprel Ümumdünya Kitab Günü isə YUNESKO-nun 1996 – cı il tarixli qərarına əsasən qeyd olunur. YUNESKO bu günü dünya şöhrətli dramaturqlar Uilyam Şekspirin, Migel De Servantesin və yazıçı – tarixçi İnka Qaesilaso de la Veqenin şərəfinə müəyyənləşdirib.

Ünsiyyəti iki yolla inkişaf etdirmək olar: kitab oxumaq və insanlarla söhbət edərək təmasda olmaqla. Tədbirin məqsədi uşaqlarda kitaba, ədəbiyyata maraq yaratmaq, uşaq ədəbiyyatları ilə tanış etmək idi. Tədbirdə uşaqlarla qrup işi də oldu ki, bu da gələcəkdə onların öz təxəyyüllərini işlədərək yazı yazmalarına kömək edəcək haldır. Bilmək olmaz bəlkə gələcəkdə elə onlardan birinin kitabı da çıxa bilər. Hər şey uşaqlıqdan başlayır. Sonda uşaqların bir çoxu və onların valideynlərinin Təhsilə Dəstək Mərkəzində olan kitablarla maraqlanmağa başladılar. Bunun özü də tədbirin bir uğuru idi. İnanıram ki, bu tədbirdən sonra həmin uşaqlar kitablarla daha çox maraqlanacaqlar.

Vüsalə Dəniz Əliyeva

2 cavab »

  1. Vüsalə uşaqlara qayğı və diqqət hər zaman vacibdi və sən bunu gözəl bacarırsan…Sənə bu yolda uğurlar arzulayıram…Belə fəaliyyətlərin axırıncı yox, axarıncı olsun :))))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma