Hotel Kaliforniya

Bu musiqi yaşanmış bir eşq hekayəsidir…

Bu hekayənin sadəcə başlanğıcı və irəliləyiş hissəsi musiqidə əksini tapır.

1969-cu ildə hekayənin qəhrəmanı olan oğlan uzun bir səyahətə çıxır. Yolu Kaliforniyadan keçərkən dincəlmək istəyir və “Hotel California”nı görür. Kiçik amma sevimli bir oteldir. İsti bir abu-havası vardır.

Bir otağa yerləşdirilir. Oteldə keçirtdiyi ikinci gündə yan otaqda qalan qızla tanış olur. Dost olurlar. Birlikdə gəzməyə başlayırlar. Çox keçmədən bir-birlərinə aşiq olurlar. Və tətili “Hotel California”da birlikdə keçirtməyə qərar verirlər. Bir-birlərini çox sevirlər. Bütün yay boyunca bərabər olurlar. Otelin pozitiv insanları, sevimliliyi və sadəliyi onları təsirləndirir. Unuda bilməyəcəkləri bir yay yaşayırlar. Yay bitdiyində bir qərar vermək məcburiyyətində qalırlar. Və eynən belə deyirlər: “Əgər bir il sonra bir-birimizi unutmasaq və yenə indiki qədər sevəcək olsaq, gələn yayın ilk günündə (tanış olduqları ilk günü nəzərdə tuturlar) “Hotel California”da görüşəcəyik”. O zamana qədər bir-birlərini axtarmayacaqlar deyə sözləşirlər. Bunu, bu eşq, bir yay macərasımıydı yoxsa əsl bir eşqmiydi deyə anlamaq üçün edirlər…

Tam bir il keçir. Oğlan sözləşdikləri kimi bir il sonra hoteldə görüşmək üçün yola düşür. Tanış olduqları ilk gündür o gün. Yol uzundur, bitmək bilmir… Və sonunda Kaliforniyaya çatır. Otelin yanına gəldiyində qap-qara bir bina görür. Otel bir gün öncə yanıbmış.. Dərhal sevdiyi qıza xəbər vermək istəyir. Onun da gəlmiş ola biləcəyini düşünərək, ehtimal etdiyi yerlərə baxır. Ancaq tapmır… Sonda çox kədərli bir həqiqəti öyrənir və bu musiqi ortaya çıxır. Kədərli həqiqət nədirmi? Sevgilisi sürpriz etmək üçün bir gün öncə otelə gəlibmiş… Və yanğında həyatını itirib…😦

Vüsalə Dəniz Əliyeva

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma