“12-ci gecə və yaxud hər nə istəsəniz”

Deməli başladıq🙂 Teatrda olmağı, tamaşalara baxmağı çox sevirəm. Etiraf edim ki, Sumqayıt və Lənkəran teatrlarından başqa heç bir teatrda daha öncə olmamışdım. Mənlik olsa heç bir tamaşanı qaçırmaram. Tək də gedib tamaşaya baxmaq ləzzət eləmir🙂 Bir gün Nilufərin Fb-dəki statusunda oxudum ki, teatra getmək istəyir… Dedim mən hazır…🙂 Şekspirin  “12-ci gecə və ya hər nə istəsəniz” tamaşasına bilet aldıq.

Aprel ayının 5-i Akademik Milli Dram Teatrına, tamaşaya baxmağa yollandıq. Tamaşanın bədii rəhbəri Azər Paşa Nemət, quruluşcu rejissorları Vüqar və Fərid Əhmədovlar idi. Onu deyə bilərəm ki, klassik əsər müasirləşdirilmiş formada və eyni zamanda əyləndirici idi. Elə səhnələr var idi ki, çox gülməli, insana pozitiv enerji verirdi. Bir sözlə çox bəyəndik.

Qısaca təsvir: Tamaşa Orsinonun Oliviyaya olan məhəbbətinin təsviri ilə başlayır. O, Oliviyaya elçi göndərmək istəyir. Lakin Orsinonu Viola adlı bir qız da sevir. O, cəngavər geyimində Orsinoya yaxın gələ bilir. Orsino Violanı elçı qismındə Oliviyanın sarayına göndərir. Və belə olur ki, Şahzadə cəngavər geyimində olan Violaya vurulur. Əslində Viola itgin düşən qardaşı Sebastiyanın  adından istifadə edirdi. Sonda hər şey bəlli olur, Sebastiyan və Violanın qardaş-bacı olması üzə çıxır. Şahzadə Viola cəngavər Sebastiyanla, Viola isə Orsinonla ailə qurur.

Tamaşanın əsas ana xəttini yazmağa çalışdım. Lakin tamaşaya baxmağın zövqü tam başqadır.

Rolları ifa edirdilər:

Orsino – Elşən Rüstəmov

Sebastiyan – Anar Heybətov

Antonio – Qasım Nağılı

Ser Tobi Belç – Tural Əzizov

Ser Endryu Egüçyik – Vüsal Murtuzəliyev

Malvolio – İlkin Mehdiyev

Fabian – Vüsal Mustafayev

Fasti – Rəşad Bəxtiyarov

Oliviya – Məsmə Aslanqızı

Viola – Ellada Əhmədova

Mariya – Nigar Güləhmədova

Culiya – Fəridə Əliyeva

Vüsalə Dəniz Əliyeva

2 cavab »

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma