Ölümünə Sevgi!

Hekayəni təqdim etməmişdən əvvəl onu deyim ki, mən 2010-cu ildə  3hekayədən ibarət bir kitab çıxartmışdım. O, kitabda ən kiçik hekayə indi yazacağım “Ölümünə sevgi” hekayəsidir. Bəlkə deyə bilərsiniz ki, adi bir hekayədir, bəlkə də orda daha dərin mənalar tapa bilərsiniz. Bunu deyə bilmərəm… Sadəcə 21 yaşım olarkən yazdığım bir hekayə…

Həyat bir çox insanlara qarşı acımasız, çox amansız olur. Ömürlər cürbəcür, talelər müxtəlifdir. Həyatın sevincli üzü də var, qəmli olan üzü də. Dünyaya göz açan heç bir körpə bilmir ki, bunların hansını daha çox yaşayacaq. Bir bunu bilirik ki, hər bir insan öz alın yazısını yaşayır.

Gənc qız da dünyaya göz açanda haradan bilərdi ki, anası onu uşaq evinə atacaq. O, kimsəsiz bir qız olaraq böyüyəcək. İllər keçəcək…

… Qız on yeddi yaşına çatmışdı. Tez-tez ürək ağrılarından şikayət edirdi. Həkimin müayinəsindən sonra həyata olan ümidləri daha da kəsilir, – “Qızım, sən ürək çatışmazlığından əziyyət çəkirsən. Tez bir zamanda sənə ürək transplantı edilməlidir. Yalnız o, zaman həyatda yaşaya bilərsən. Uyğun bir donor tapılana qədər sənin köksünə qanvuran aparat quraşdırılmalıdır”.

… Gənc qız oturacaqların birində oturub fikrə getmişdi. Nə edəcəyini bilmirdi. Əslində, edə biləcəyi heç nə yox idi, əlindən heç nə gəlmirdi. Oturub sadəcə ölümü gözləməli idi. Başqa yolumu vardır?!

Bir insanı çox sevirdi. Onu yadına salıb uşaq kimi ağlamağa başladı. Axı bir-birinə söz vermişdilər ki, heç bir zaman ayrılmayacaqlar. İndi istəməsə də ondan ayrılmalı idi. Bu ayrılıq müvəqqəti olmayacaqdı…

Uşaq evində bir yerdə böyümüşdülər. Onların bir-birindən başqa heç kəsi yoxdur, ona görə də biri digərinin çox yaxşı bilirdi. Yaxşı günləri də, pis günləri də bir yerdə keçmişdi. İndi sevdiyi insanı necə tək qoyub gedə bilərdi ki… Belə qərara gəlir ki, oğlana heç bir söz deməsin. Heç olmasa son günlərini bir yerdə xoşbəxt yaşasınlar.

… Bir həftədən sonra gənc oğlana sevdiyi qızdan zəng gəlir, – özümü pis hiss edirəm, səni görmədən ölmək istəmirəm. Gənc oğlan heç nə anlamadan cəld yollanır qızın yanına. Gəlib çatanda artıq gec idi. Qız canını tapşırmışdı. Oğlan fəryad qoparır, gördüyünə inanmaq istəmir.

Gənc qız məktubda yazmışdır:

– Sevgilim, bağışla ki, sənə xəstəliyim barədə bir söz demədim. Çünki üzülməyini istəmədim. Mən ürək çatışmazlığından əziyyət çəkirdim, ürək transplantı edilməli idi ki, mən yaşaya bilim. Bu əməliyyata isə bizim imkanımız çatmırdı. Qəraar gəldim ki, sənə heç nə deməyim, son günlərimi səninlə xoşbəxt yaşayım. Bilirəm vəfasız oldum. sənə söz vermişdim ki, səni heç vaxt tərk etməyəcəyəm. Sözümün üstündə dura bilmədim. Bir onu bil ki, cismani olmasam da, ruhən həmişə yanında olacağam, səni QORUYACAĞAM. BAĞIŞIA!

Gənc oğlan bu an ölmək istəyirdi. sevdiyi qız olmadan necə yaşayacağını təsəvvür belə edə bilmirdi.

Qız sevdiyini tək buraxmamaq üçün ölmək istəmirdi. Oğlan isə sevdiyi qıza yenidən qovuşmaq üçün özünə ölüm arzulayırdı… Bir insanı Ölümünə Sevmək – o getdiyi an həyatda var ikən elə ölmək deməkdir.

Müəllif: Vüsalə Dəniz Əliyeva

3 cavab »

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma