İctimai Fəallıq Şəbəkəsi-nin Təlimləri

İlk öncə qeyd edim ki, bu layihəyə seçildiyim üçün çox şadam. Təşkilatçılar, təlimçilər, iştirakçılar çox savadlı və eyni zamanda öz işlərinin peşəkarlarıdır. Komanda da müsbət aura var. Bu da məni daha da pozitiv edir. 15 həftə ərzində bir olacağıq. İctimai Fəallıq Şəbəkəsi Azərbaycan vətəndaş cəmiyyətində liderlik bacarıqları və vətəndaşlıq potensialı ilə seçilən gənclər üçün bu layihəni təşkil edib.

İndi sizə son 3 təlim haqda qısaca fikirlərimi çatdıracam. İlk təlimimiz 17 Mart oldu. Mövzu: Liderlik nəzəriyyəsi və onun fəlsəfəsi, təlimçimiz Rəşad Şirin oldu. Rəşad bəy liderlik və onun nəzəriyyəsi haqda geniş məlumat verdi. İkinci təlim 18 Mart Effektiv liderlik nədir?  mövzusunda oldu. Təlimçi Əhəd Kazım idi. Bu təlimdə özünü dərketmə, Liderlərin üstün cəhət və keyfiyyətləri, Effektiv liderin ünsiyyət bacarıqlar, Özünü qiymətləndirmə haqda məlumatlar verilib, interaktiv oyunlar keçirildi. İnteraktiv oyunun biri bir dəqiqəlik layihə təqdimatına həsr olunmuşdu. Ən inandırıcı 1 dəqəqəlik layihə təqdimat çıxışını  edən mən seçildim🙂 Ona görə bu🙂 mənə çatdı…

Üçüncü təlim 24 Mart Liderliyin üslubları mövzusunda təlim oldu. Təlimçimiz Munir Məmmədzadə idi. Bu təlimdə təsiretmə, güc, sılahiyyət, liderliyin növləri, liderliyin əsas üslubları, fərqli üslubların tətbiqi prinsiplərini öyrəndik.

İndi isə təlimlərdən şəkilləri təqdim etmək istərdim🙂

Vüsalə Dəniz Əliyeva

2 cavab »

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma