Ədəbiyyat Klubu “Çərpələng Uçuran”

Mart ayının 10-u İnsan Hüquqları Tədrisi Mərkəzinin Ədəbiyyat Klubunda Vüsalə Dəniz Əliyeva və Samirə Şirməmmədovanın təşkilatçılığı ilə Xalid Hüseyninin “Çərpələng uçuran” əsəri müzakirəyə çıxarılmışdır. İlk öncə onu qeyd eləyim ki, Xalid Hüseyni əfqan əsilli Amerika yazıçısıdır. Bu əsəri o, 2003-cü ildə nəşr etdirib. Əsərdə Əfqanıstanın portreti möhtəşəm bir bədiiliklə qələmə alınıb. “Çərpələng uçuran” yazıçının ilk romanı olmasına baxmayaraq bestsellerə çevrildi. Kitabda müxtəlif məqamlara, dostluq, sədaqət, xəyanət, vicdan, günahlarlıq hissi kimi mövzulara toxunulur. Müəllif əsərdə göstərir ki, hər il qış aylarında Əfqan uşaqları çərpələng uçuraraq yarışlar keçirirlər. Bu yarışların birində əsərin baş qəhrəmanı Həsənin başına dəhşətli hadisə gəlir. O, uşaq zorakılığına məruz qalır. Lakin bu hadisəni kənardan görən dostu bildiyi Əmir ona kömək etmir. Halbuki Həsən dostuna görə özünü qurban verir. Əmirin pisliyi bununla bitmir. O, Həsənin üstünə şər atıb onu evdən qovdurur. Daha sonra isə vicdan əzəbı ilə qovrulur. Sonda Əmir Həsənin onun atabir qardaşı olduğunu bilir və onun oğlu Söhraba sahib çıxmaqla günahını qismən yuya bilir.

Əsərdə Puştularla Xəzərlər (Həzara) arasında olan soyuq münasibətlərdən də bəhs edilir. Xəzərləri yerli Əfqanlar həmişə sıxışdırırlar. Elə Həsən buna görə öldürülür. Məs Həzara olduğu üçün… Əsərdə eyni zamanda 1979-cu ildə ruslarin kömək məqsədilə gəlib əslində ölkəni ələ keçirmələri barədə, daha sonra Taliban qoşunlarının din pərdəsi altında Həzaraları qırması göstərilir.

Əsərdən bəzi hissələri nəzərinizə çatdırım…

– Sən adam öldürəndə, onun həyatını oğurlayırsan…  Arvadının ərli, uşaqlarının isə atalı yaşamaq haqqını oğurlayırsan. Yalan deyəndə başqasının həqiqət haqqını oğurlayırsan. Kələk gələndə, başqasının ədalət haqqını oğurlayırsan.

– Yenə də çamadanlara baxdım. Babanın (Əmirin atası) halına acıdım. Bütün ömür boyu, tikib, qurub, yaratdıqlarından, apardığı mübarizə, qazandığı nailiyyətlər, etdiyi xəyallardan sonra həyatının nəticəsi bu idi : onu daim məyus edən oğul və iki çamadan.

– Baba siyasət haqqında uzun-uzadı mühazirə söylərdi. Əmir dünyada 3 əsl kişi var. Xilaskar Amerika, Britaniya və İsrail. Qalanları qeybətcil arvaddan başqa bir şey deyillər.

– Sürəyyanın keçmişinə məhəl qoymamağımın əsas səbəbi öz keçmişimin təmiz olmaması idi. Mən peşmançılığın nə olduğunu hər kəsdən yaxşı bilirdim.

– Gəl… Yenə də yaxşı olmaq, düzəlmək üçün imkan var. Rəhim xan bunları dəstəyi asmazdan əvvəl söylədi.

– Mina da partlamaq. Buna artıq əfqan ölümü deyirlər, Əmircan.

– Kədər içində idim. Kabilə qayıtmağım bir köhnə dostunun ziyarətinə gəlib, onun gününün pis keçdiyini , evsiz –  eşiksiz qaldığını, qocalıb əldən düşdüyünü görmək kimi idi.

– Müharibələrin üzündən Əfqanıstanda atalar qəhətə çəkilmişdi.

– Bura balaca bir sığınacaqdır, demək olar ki, nə yemək var, nə paltar, nə də təmiz su. Burda bol olan ancaq uşaqlığını itirmiş uşaqlardır. Faciə isə ondadır ki, bu, hələ bəxti gətirənlərdir.

– Bu, bir təbəssüm idi, başqa heç nə. Bu, hər şeyi yoluna qoymayacaqdı. Bu, heç nəyi yoluna qoymamışdı. Sadəcə bir təbəssüm. Bir zərrəcik. Meşədə ağacdan havaya uçan quşun qanadlarından titrəyən bir yarpaq kimi… Amma mənə bu da qənimətdi. Qollarımı açıb, qəbul edirəm. Çünki yaz gələndə qar dənəcikləri bir-bir əriyir. Ola bilsin ki, indi də mən ilk qar dənəciyinin əridiyini görürdüm.

Dünən isə, yəni mart ayının 22-si İnsan Hüquqları Tədrisi Mərkəzinin Ədəbiyyat Klubunda əsərə 2007-ci ildə çəkilmiş eyniadlı filmin nümayişi oldu. Filmin nümayişindən əsər və film birlikdə müzakirə olundu.

Filmi bu linkdən film izləyə bilərsiniz.

Vüsalə Dəniz Əliyeva

3 cavab »

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma