Ədəbiyyat KLubu: “Cenni Herhardt”

03.12.2011 tarixində mən Vüsalə Dəniz Əliyeva və Samirə Şirməmmədovanın təşkilatçılığı ilə İnsan Hüquqları Tədrisi Mərkəzinin Ədəbiyyat KLubunda Teodor Drayzerin “Cenni Herhardt” əsəri müzakirə olunmuşdur.

1871-1945 – ci illərdə yaşamış Teodor Drayzer ikinci romanı olan “Cenni Herhardt”ı 1911-ci ildə nəşr etdirmişdir. Onun romanları həmişə həqiqi faktlara əsaslanmışdır. Drayzer öz mövzusuna başqa cür yanaşmışdır. O, sevgi mövzusunu lap əvvəldən ictimai planda açmışdır. O göstərir ki, Cenninin taleyində əsas məsələ ictimai şəaritin təsiridir. Əsər haqda onu deyə bilərəm ki, indiyə kimi oxuduğum əsərlər içərisində “Cenni Herhardt”in xüsusi yeri var. Əsəri oxuduqca həm qəhrəmanın həyatına, onun yaşadıqlarına acıyırdım, həm də bəzi məqamlarda onu qınayırdım. Əsərdəki hadisələr 1880-cı illərdən başlayır və qəhrəmanın sonrakı illərdə yaşadıqlarına kimi təsvir olunur. Cenni kasıb ailədən çıxmış qızdır. Hadisələr onu əvvəlcə senator Brenderlə, sonra isə kapitalist oğlu Lester Keynlə görüşdürür. Hər iki halda da ictimai bərabərsizlik öz təsirini göstərir. Cenninin taleyinin bütün faciəsi məhz bu faktdan doğur. Romanın başlanğıcında elə gəlir ki, Cenni üçün əsas çətinlik atasının ciddi əxlaqi görüşləridir, lakin hadisələr inkişaf etdikcə artıq aydın olur ki, qəhrəmanın səadətə doğru yolunda əsas maneə ictimai quruluşun ədalətsizliyindədir. Cenninin aşağı təbəqədən çıxması sevdiyi adamla nigahını qeyri-mümkün edir. Lakin sonda Lester ölüm ayağında olanda başa düşür ki, Cenni ilə kaş ayrılmayaydı. Məhz həmin an həyatında yalniz onu sevdiyini başa düşdü. Əsərin bu hissəsi mənə çox təsir etmişdi. Və bir daha başa düşdüm ki, biz bəzən əlimizdə olanların qiymətini bilmirik. Elə hey qaçırıq xoşbəxtlikdən. Məncə əsl sevgi təmənnasızdır. Bu əsərdə bunun bir daha şahidi oldum. Əsər boyu Cennini qınamaqda bilmirəm haqlıyam ya yox. Bir tərəfdən də başa düşürəm ki, maddiyyat onun bədbəxtliyinin əsas göstəricisidir.

Əsərdə mənə təsir edən yerlərdən biri də Lesteri son mənzilə yola salarkən Cenninin keçirdiyi hisslər idi.

Cenni heç bir şey eşitmirdi. Onun gözləri önündə qüssə ilə dolu olan tənhalıq illərinin uzun kələfi açılırdı. İndi nə olacaq? O hələ qoca deyil. Götürdüyü uşaqları tərbiyələndirməlidir. Bir az keçəcək, onlar dirçələcək və onun yanından gedəcəklər. Bəs sonra? Bir-birinə oxşayan intəhasız illər. Bəs sonra?..

Tədbirdə əsərin məzmunu danışıldıqdan sonra müzakirələr oldu. Tədbirdə iştirak edənlər bu əsər barədə öz fikirlərini söylədilər.

Vüsalə Dəniz Əliyeva

4 cavab »

  1. “Cenni Herhardt”da mənə ən çox təsir edən hissə Cenninin uşağının ölməsi oldu. Ümumilikdə, oxuduğum əsərlər içərisində ən yaxşılarından biridir…

  2. Indiye qeder oxudugum hec bir eser meni aglatmaga nail ola bilmemisdi..Her halda hemin gun psixoloji veziyyetim de ic acici degildi, ama bu bir gercekdir ki, bu oxudugum en maraqli ve tesiredici eserdir…

  3. Cenni Herhadt eserini men 2 defe oxumusam. Ve menim ucun en dogma eserlerden biridir belke hele 4-5 defe de gelecekde oxuyaram doymaram. Uzun uzadi danismaq olar bu eser haqda. En maraqli ve tesiredici meqam atasinin da Lesterin de olum ayaginda Cenniye Sen yaxsi qadinsan Cenni sozleri olub. Cenni heqiqeten yaxsi qadindi. Ve men her bir insana bu eseri oxumaga tovsiyye edirem qizlarimizi da xusisile. Bu eser tek sevgi yox esasen siyasi ve burjua cemiyyetinin insanlarinin tesviri baxmindan mukemmel eserdi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma