Ədəbiyyat Klubu (Film) – “Da Vinçi Kodu”

Bu gün Mart ayının 3-ü İnsan Hüquqları Tədrisi Mərkəzinin Ədəbiyyat KLubunda mən, Vüsalə Dəniz Əliyeva və Samirə Şirməmmədovanın təşkilatçılığı ilə Den Braunun məşhur “Da Vinçi kodu” (“Код Да Винчи”, “The Da Vinci Code”) əsəri əsəsında çəkilmiş filmin nümayişi oldu. Filmin rejissoru Ron Hovarddır. Yaxın zamanlarda ədəbiyyat klubunda əsərin özünü müzakirə edəcəyik. İndi isə film haqda fikirlərimi bildirmək istəyirəm. “Da Vinçi Kodu”nda Priorat Sion,Tampliyerlər ordeni, Opus Dei təşkilatı (Katolik kilsəsinin kəşfiyyat orqanı) haqqında maraqlı faktlar var. İsa peyğəmbərin əslində ailəli olduğu (Mariya Maqdalena), onun nəslinin yaşadığı, bu nəsildən bir çox dahi insanların çıxdığı haqda söhbət açılır.

Filmdə bir gecə, Luvr muzeyi müdiri öldürülmüş olaraq tapılar. Bu hadisən sonra məşhur simvolları araşdıran Professor Robert Langdon (Tom Hanks) Luvr muzeyinə çağırılar. Muzey müdiri əsrarəngiz bir simvol silsiləsi və ipucları buraxmışdır. Özü də təhlükədə olan Langdon, polis kriptoloji mütəxəssisi Sofi Növəninin (Audrey Tautou) köməyilə bu sirri araşdırırlar.

Film qurtardıqdan sonra Ədəbiyyat Klubunda filmi müzakirə etdik. Müzakirələr çox maraqlı keçdi.

Filmi izləməyi hər kəsə tövsiyyə edirəm. Filmi bu linkdən http://my-hit.ru/film/272 izləyə bilərsiniz.

Vüsalə Dəniz Əliyeva

2 cavab »

  1. “Da Vinci Code” ən çpx xoşladığım filmlər içərisində öz yerini tutub. Den Breaunun digər əsəri “Mələklər və İblislər” də əla əsərdir. Həm kitabı, həm də filmi əladır…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma