Dənizim…

Dənizi çox sevdiyimdə Dənizə aid olan bütün yazıları oxuyuram. Bir gün gələcək dənizimə aid gözəl bir yazı yazacam, amma ona hələ var. Bir az öncə kitab oxuyurdum… Birdən ürəyimdən keçdi ki, Google-də Dənizə aid bir yazı oxuyum. İlk qarşıma çıxan yazını çox bəyəndim. Dənizi ona görə çox sevirəm ki, mənim ilə Dəniz arasında oxşarlıq çoxdur. Bu yazıda isə bu oxşarlıqları qismən də olsa tapa bildim. Müəllifini bilmədiyim bu yazını yazana öz təşəkkürümü bildirirəm.

Mavi sonsuzluğa dikilən gözlərin rahatlığıdır. Gecələr səmanı seyr etmək kimi bir şey. Baxması başqa bir daddır,toxunması başqa. Bəlkə də o da insanların qəlbi kimidir. Bəzən sevdiyini batırır içində, bəzən sevmədiyini. Toxunsan yumşaqdır, amma dağları qaya edəcək qədər gücü var. Asta-asta, yavaş-yavaş.
Heç bir baxışı özündən məhrum buraxmaz. Tam tərsi. Hər kəsin dərdini dinləyəcək qədər mərhəmətlidir. Bəlkə də elə bu səbəbdən sonsuzdur. Bəlkə də danışanların dərdlərinin göz yaşlarından bu qədər sulu. Dadsan turşdur, duzludur. Amma özünə yaxınlaşdıracaq qədər şirindir.
Açıq sözlüdür, səmimidir. Qəzəbini heç zaman gizlətməz. Amma hər yağış damlası da onu asanlıqla qəzəbləndirə bilm
əz. Maraqlıdır kimədir onun bu qədər qəzəbi? Kimədir kini?  Yoxsa oda mı insanlardan bezib? Axı dərdləri dinləyib dəyər verən odur. İnsanların vücudundanmı iyrənib ya mənəviyyatlarındanmı? Yoxsa elə içində mənəviyyat vücuduyla ona daxil olanlardanmı bezib?
O da ağıllıdır. Baxır. Neçə sevgili görəsən onun sahilinə ürək çəkib ad yazıblar? Sonra nə qədəri göz yaşıyla geri dönüb həmin izi axtarıblar?! Neçə dostlar şənlərinə sağlıq deyib qədəhlərini dənizlə də bölüşüblər? Sonra nə qədəri dost zərbəsindən dərdlərini dənizlə bölüşüblər. Neçə kef əhlini yola verib bu dəniz? Nə qədərinin alçaqlığına şahid olub?
Yox bu dəniz ancaq pisləri görəcək qədər xəbis deyil. Neçə uşaq təbəssümünün şahidi olub görəsən? Onun sahilində, onun qumu ilə ev düzəldən neçə körpə? Hələ nə qədər yeni nəsilə şahid olacaq? Yox bu dəniz çox xeyirxahdır.
Bəzilərinin əcəlidir, bəzilərinin yeni həyatı. Onun üzərindən doğulan yeni günəş kimi yeni bir həyat, yeni bir gün. Gecələr ayın düşdüyü kölgə qədər sakit və ecazkar. Onun da bir mənəviyyatı var, onun da xəyallar aləmi. Sevgidən məhrum deyil, amma tam azad da ola bilmir. Dili olsa nə danışar görəsən? Bəlkə o dilsiz də danışa bilir.
Dəniz yatır sanırıq. Bu gecə də o yuxudadır. Amma bir gözü üzərimizdə. . .”


2 cavab »

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma