Detektiv yazıçı Elxan Elatlı ilə görüş

Fevralın 23-ü Sumqayıtın S.Vurğun adına mərkəzi kitabxanasında detektiv yazar Elxan Elatlı ilə görüş oldu. Tədbir Elxan Elatlının “Cəhənnəmdən gələn səs” əsərinə həsr olunmuşdur. Tədbiri kitabxananın direktoru Yeganə xanım öz çıxışı ilə başladı. Xocalı şəhidlərimizi bir dəqiqəlik sükutla yad edəndən sonra söz Elxan Elatlıya verildi. O, bu əsəri necə, hansı şəraitdə yazdığından danışdı. Daha sonra mən, Vüsalə Dəniz Əliyeva əsərin qısa xülasəsini danışdım.

Əsərdə Xocalı soyqırımında əsir düşmüş soydaşlarımızın başlarına gətirilən işgəncələr, 1992-ci ildə Xocalıda ermənilərə əsir düşən Səid Namazov ermənilər tərəfindən öyrədilməsi və Azərbaycana gəldiyində isə təxribat törətməsinə məcbur edilməsi, Səid ilə bərabər ermənilərə əsir düşən anası, azəri qadının, Səidin anasının mərdliyi, sonda isə ermənilər istədiklərinə nail ola bilməməsi, Ələmdar obrazının Səidi yola gətirməsi və Bakıda olan gizli erməni qrupunu aşkara çıxarmasından bəhs olunur.

Bundan sonra auditoriya ilə birlikdə müzakirələrə keçdik. Elxan Elatlı ona ünvanlanan bütün sualları cavablandırdı. Tədbiri şəkillər vasitəsilə də olsa nəzərinizə çatdırmaq istəyirəm.

 

Vüsalə Dəniz Əliyeva

2 cavab »

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma