Robert Stivenson “Dəfinələr Adası”

Noyabr ayinın 26-sı 2011 ci il İnsan Hüquqları Tədrisi Mərkəzinin Ədəbiyyat Klubu fəaliyyətə başlayıb. Hər həftənin şənbə günü klubun təşkilatçıları mən Vüsalə Dəniz Əliyeva və Samirə Şirməmmədova ədəbiyyatsevərlər qarşısında müxtəlif əsərlərlə çıxış etdik. Fevral ayının 26-sı bizim ədəbiyyat klubu 3 ay olacaq ki, fəaliyyət göstərir. İnanırıq ki, daha yeni və maraqlı əsərləri sizlərə təqdim edəcəyik.

18 fevral biz Ədəbiyyat Klubumuzda Robert Lyuis Stivensonun “Dəfinələr adası” əsərini təqdim etdik. Əsər macəra ədəbiyyatından olduğu üçün ilk növbədə iştirakçılara hansı macəranı yaşamaq istərdilər mövzusunda rəsm işi keçirdik.

Daha sonra əsərin məzmununu danışmağa başladıq. Əsərin müəllifi Robert Stivenson (1850-1894) XIX əsrin ikinci yarısında yaşamış tərəqqipərvər ingilis yazıçısı və ədəbiyyat tənqidçisidir. Stivensonun gözəl romanlarının başlıca təsvir obyekti dənizlər, okeanlar, uzaq və naməlum adalar, əsas qəhrəmanları isə yeniyetmələr və gənclərdir. “Dəfinələr adası” yalnız gözlənilməz macəralı hadisələrlə zəngin olduğu üçün təqdir edilmir. Bu hadisələrin təsvirindəki təbiilik, ardıcıllıq, insan surətlərinin yaradılmasında psixoloji dərinlik və inandırıcılıq romanı dünya ədəbiyyatının ən mötəbər əsərləri sırasına çıxarmışdır.

Stivensonun öz şəxsi qənaətinə görə, yazıçı təqdim etdiyi mühiti, hadisə və insanları özünün beş barmağı kimi bilməlidir. “Dəfinələr adası” bu tələbə yüksək səviyyədə cavab verir.

Dənizçiliyi, uzaq və romantik səfərlərin mahiyyətini əlinin içi kimi bilən, bu yolda qarşıya çıxan hər cür gözlənilməz maneəni dəf etməyə üsullar axtarıb tapan, nizam-intizamı gəmi xidmətində birinci şərt sayan və ona çox ciddi surətdə əməl etməyi tabeliyində olanların hamısından tələb edən kapitan Smollet, quıdurların qəzəbinə keçdiyi üçün üç il Dəfinələr adasında tənha həyat sürmüş cəsur dənizçi Benn Hann, kimliyindən asılı olmayaraq, ehtiyac duyan hər kəsə tibbi yardım göstərməklə öz insani borcunu yerinə yetirən doktor Livsi və başqaları məhz bu cür surətlərdir.

Əsərdə eləcə də duyğular axarında olan bir yeniyetmənin canlı, bədii surəti kimi Cim Hokins xüsusilə inandırıcı və təsirlidir. Cim quldur Silverin öz həmfikirləri ilə xəlvətcə danışıqlarını eşidib dostlarına xəbər verməklə gəminin bütün komandasını labüd ölümdən xilas edir.Lakin onun qəhrəmanlığı özünü təhlükəyə ataraq çəlləkdə gizlənib dinlədiklərini kapitana söyləməklə məhdudlaşmır. Quldur Villi Bonsla münasibətlərində, “İspanyola”nın lövbər kəndirini kəsəndə, gəminin göyərtəsində quldur Hendslə təkbətək vuruşda qalib gəlməkdə, nəhayət düşmən düşərgəsində əvvəlcə əsir, sonra isə girov vəziyyətində saxlananda o öz cəsarətini göstərirdi. Öldürdüyü quldurun siması onun uzun müddət gözləri önündən getməyib onu həyəcana gətirirdi.

Cimin və onun dostlarının saf, təmiz mənəviyyatına qarşı Stivenson dəniz quldurlarının eybəcər həyat macərasını qoyur. Dənizdə qarətçiliklə məşğul olan bu əliqanlı dəstənin üzvləri arasında Silver ən dəhşətlisidir. “Dəfinələr adası” Cimin və dostlarının quldur dəstəsi üzərində tam qələbəsi ilə bitir.

Biz hər həftə müxtəlif mövzularda əsərlər təqdim etmişik. Ayın 18-i isə Ədəbiyyat Klubumuzda ilk dəfə olaraq macəra janrına müraciət etdik. Keçən həftələrdə keçirilən əsərləri də imkan olduqca diqqətinizə çatdırmağa çalışacam.

 

 

Vüsalə Dəniz Əliyeva

Bir cavab »

  1. Mən xəyanət romanını oxumusam.Və bir baslıqı bitirdikdən sonra digərinə keçirdim.Yəni mən bu kitabı 2 gün ərzində oxuyub bitirmisəm.Mən kitab oxumaqı sevirəm.Ən çoxda dedektiv…
    Elxan Elatlı super bir yazardı mənə görə.Mən onun digər əsərlərini oxumaqı özümə borc bilirəm.Bilirəm ki,digər əsərləridə məni heyrətləndirəcək necə ki,xəyanət elədə digərləri…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma