Elxan Elatlı “Xəyanət”

xeyanet esElxan Elatlıdan oxuduğum ilk kitab “Xəyanət”dir. Kitab mənə hədiyyə verilmişdir. Məndə xeyli müddət olmasına baxmayaqraq, 3-4 ay sonra oxuya bldim. Halbuki kitabı mənə verən şəxs əsəri bir günə bitirmişdir..

Nəhayət, kitabı oxuyub qurtaranda başa düşdüm ki, yazıçı bu əsərdə xəyanətin bütün tərəflərini açıb göstərib. Necə ki, həyatda sevginin müxtəlif növləri var, məsələn, vətənə sevgi, anaya sevgi, dosta sevgi, doğmalarına sevgi, sevdiyin insana sevgi var, eləcə də xəyanət bu cür növlərə ayrılır. İnsanlar sevdiyi kimi xəyanət də edə bilərlər; vətənə, dosta, doğmalarına, sevdiyi insana…

Xəyanət sözü necə də ağırdır, elə deyilmi?! Yalan varsa demək orada xəyanət də var. Təəssüf edirəm ki, heç kəs xəyanətdən sığortalanmayıb. Əsər maraqlıdır, yazıçının detektiv axtarışlarını xüsusilə bəyəndim.

Bu romanda müəmmalı qətllərin sirrinin açılmasından bəhs edilir. Əsər tanınmış həkim Əlisəttar Muradzadənin qızı Venaranın intihar səhnəsi ilə başlayır. İntihar etməsinin yeganə günahkarı kimi isə nazir Niyazi Məlikxanlını göstərir. Niyazi Məlikxanlı isə bunun tamamilə böhtan olduğunu bildirir. Cinayətin üstünün açılmasına məşhur istefada olmuş polkovnik Qanbay Qasımlını cəlb edir. Əsərdə Niyazi Məlikxanlının özünə qəsd etməsi də işi bir az çətinə salır. Lakin buna baxmayaraq sonda Qanbay Qasımlı həqiqi cinayətkarı Ruslan Dadaşovu tapır. Bütün cinayətlərin başında məs Niyazi Məlikxanlının ən yaxın dostu Ruslan Dadaşov dururmuş. Əsərdə o qədər xəyanət var ki… Ruslan Dadaşov Niyazi Məlikxanlını qətlə yetirərkən qətli elə məharətlə hazırlamışdır ki, sanki bu sui-qəsddir.

Niyazinin yoldaşı Gülafət xanımın ərinə xəyanəti, ərinin ən yaxın dostu Ruslan Dadaşovla… Sonda hər ikisi də xəyanətin cəzasını ödəyirlər. Hər ikisi avtomobil qəzasında həlak olur.

Əsərdə bir çox müsbət obrazlar da var ki, oxuduqca başa düşürsən ki, həyatda güvənə biləcəyin insanlar da var. Mahir, Nuranə xanım kimi… Sadəcə onları düzgün qiymətləndirmək lazımdır. Əsərdə Qanbay Qasımlının dilindən deyilir: Xəyanətin nə olduğunu, necə yarandığını indiyə qədər dəqiqləşdirə bilməsəm də, bir şeyi dəqiq bilirəm: elə adamlar var ki, onlar xəyanət etməyi sadəcə olaraq bacarmırlar. …Onlar belə böyüyəcəkdilər… Ola bilsin nə vaxtsa, kimsə  onlara xəyanət edəcəkdi. Ya, kim bilir, bəlkə də onlar özləri kiməsə xəyanət edəcəkdilər… İndi isə sakitcə yatırdılar. Hər şeydən xəbərsiz. Bəlkə də onılar heç bilmirdilər ki, dünyada xəyanət adlı bir şey var. ancaq biləcəkdilər… Mütləq biləcəkdilər!..

Əsəri oxumağı hər kəsə məsləhət görürəm. Çünki oxuduqca hadisələrin gedişatı insanı dəhşətə gətirir.

51 cavab »

  1. …Onlar belə böyüyəcəkdilər… Ola bilsin nə vaxtsa, kimsə onlara xəyanət edəcəkdi. Ya, kim bilir, bəlkə də onlar özləri kiməsə xəyanət edəcəkdilər… İndi isə sakitcə yatırdılar. Hər şeydən xəbərsiz. Bəlkə də onılar heç bilmirdilər ki, dünyada xəyanət adlı bir şey var. ancaq biləcəkdilər… Mütləq biləcəkdilər!.. cox tutarli sozler oldu menimcun,,cox sagol,cox gozal yazmisan,,ve ele bilki eseri oxumush kimi hiss etdim ozumu,

  2. Salam…dogurdan da cox gozle eserdi,mohtesemdi,dahiyane ustaliqla yazilmisdir bu eser…Men de Sizi kimi her kese meslehet gorerdim oxusun neinki bu eseri Elxan Elatlinin butun eserlerini…hamisi oxuduqca insani dehsete getirir,heyat cox qeribeymis dusunursen…ele bil qefletden oyandirir insani Elxan beyin yazilari…insanin heyran olmamasi ,kitablara baglanmamasi,oxumaqdan doymasi sadece olaraq mumkunsuz bir seydi…men de kitaba Elxan beyin eserlerinden sonra baglandim,sevdim…onunla heyati oyrendim,,,sevmeyi,,,inanin ki,Elxan beyin dahiliyini sozlerle ifade etmek sadece olaraq cetindi…yetmir kelimeler hetta…sozle ifade olunmur…men wexsen acizem,,,sadece kitablara heyran oldugum qeder Elxan beye de istedadina,wexsiyyetine vuruldum..”Cehennemden gelen ses” ”Qan lekesi” ”Dilenci qadinin sirri” ”Itmis qizin axtarisi” ”Besinci mertbede qetl” ”Arxali canavar” ”Qisas gecesi” ”Bakidan gelen xefiyye” ”Gorunmeyen izler” ”Xeyanet” ”Elekecmez yaquar” …

  3. Salamlar.Mən Elxan müəllimə eşq olsun deyirəm.Demək olar ki,əsərlərinin hamısını oxumuşam.Çox bəyənirəm Elxan müəllimin əsərlərini.Əsasəndə vətənpərvərlik ruhunda yazdığı əsərləri.Kriminal əsərlərinin davamını gözləyirik.

  4. salam men umumiyyetle yazicinin her iki qehremanini beyenirem,hetta etiraf edim ki Elemdara vurulmuwam da.onda olan esil azeri kisisine xas olan xususiyetleri cox beyenirem.cox sagolun ki bela gozel eserler yazirsiniz

  5. mende iyul ayinda oxumaga baslamisam bitire bilmirem.agir eserdi.belkede bizi yoran orda ardicil olarag edilen xeyanetlerdir/yaxsi kitabdir/men qan lekesi cehennemden gelen ses ele kecmez yaqurar qisas gecesi arxali canavar eserlerinide oxumusam

  6. Bu kitabi men 2 il evvel oxumuwam.Ilk defe idiki Elxan Elatlinin kitabini oxuyurudum.Cox xowum geldi.Ona gorede Onun diger eselerinide oxumaq menim ucun cox maraqli idi.Bu gune qeder en cox beyendiyim dedektivi *Qan Lekesidir…*

  7. xeyanet cox yaxsi eserdi.eseri oxuduqca ordaki obrazlari sanki canli yasayirsan.men itmis qizin axtarisi,dilenci qadinin sirri,arxali canavar,pencerede gorunen kolge eserlerini de ox umusam cox beyenirem/

  8. esgerlikde oxumusdum bu eseri cox gozel eserdir amma kimin yazdigin helem bguun tapmisam tapsam internetden oxuyacam yene uzerinden 3 il kecesede yenede sevirem o eseri hem gozel eserdir hemde gozel illeri paylasdigim o cetin soyuq illerin eseridir hemde o soyuq illerde paylasdigim sevgi dolu iller idi amma indi hekayenin adi kimi oldu xeyanet indi daha cox sevirem o eseri eh

  9. sallammm. men elxan eletlinin erselerini oxumuwa hemcininde bu erseride.qalib dilenci qadinin sirri ve birde qan lekesi.onlari oxuyacam. birde qisas gecesini beyenmedim nedense. onun eseleri coxx eladiii.

  10. salamlar hal hazirda elxan elatlinin xeyanat kitapini oxuyuyram o qeder maraqlidirdki kitapi aldigim 4gundu artiq yaridan coxunu oxumuwam cox maraqlidi …….. elxan elatliya ugurlar arzu edirem cox gozel eserleri var …………………….

  11. Xeyanet… burada xeyanet yalniz oglanin qiza qarwi olan xeyaneti deyil. Bu kitabda her kes her kese xeyanet edir. Ama saf sevgi hissleri bu kitabin esasini tewkil etmekle yanawi xeyanetin de boyuk rolu oldugunu yazici hamiya aydin gostermiwdir…

  12. Salam mende butun deyilenlere qoshularaq deye bilerem ki bu eser heqiqetende gozel bir eserdi. Hech kesede xeyanet etmeyi ve xeyanete meruz qalmaghi arzulamazdim! Elxan elatlinin pencerede gorunen kolge adli kitabinida hamiya meslehet gorerdim oda xeyanetden geri qalan kitab deyildir…

  13. GORESEN ELXAN MUELLIM BU YAZILAN SERHLERI OXUYURMU? OXUDUQCA HANSI HISLERI KECIRDIYINI MARAQ EDIREM..BIZ OXUCULAR SIZI COX SEVIRIK ALLAH GOZLERINIZE NUR QELEMINIZE QUVVET VERSIN ELXAN MUELLIM

  14. elxan elatlinin eserleri cox gozeldr ancaq men tapmadim eserleri elektron kitabxanalardan.getdim kitabxanaya olmadi elxan elatlinin eserlerii.ancaq kim deyirse oxumuwam hami beyenirr.eger nece yukleye bilerem eserleri kimse bilirse yazsinde mene

  15. Mən xəyanət romanını oxumusam.Mən bu romanı 2 gün ərzində oxuyub bitirmisəm.Kitab oxumaqı sevirəm.Əsasda dedektiv…Elxan Elatlı super bir yazardır mənə görə..Mən onun digər əsərlərini oxumaqı özümə borc bilirəm.bilirəm ki,digər əsərləridə məni heyrətləndirəcək,necə ki,xəyanət elədə digərləri…..

  16. oncelikle salam .. men anlamiram bele eserler bizde olunca bezi insanlarimiz bunu qiniyir ama xarici filimleri izlerken kimse filime pis demir belkede geleceyse bizim olkedede bele eserlere ugurlu filimler cekerler ve o zaman bu eserlerin deyeri anlawilar her bir yaziciya Xususi hormetim var eziyet cekib ve coxda xowum geldi ALLAH yardimcilari olsun Amin

  17. Men evvel elxan elatlinin adina gore fikirlwlesdimki saz calandiii.demey olar cox kitabini oxumusam.arxali canavar mende cox boyuk iz qoyub.niye susursan polkovnik xosuma gelmediii.yenede tesekkurlerr bele gozel kitablara goree

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma