İnsan Hüquqlarını Məhdudlaşdıra biləcək amillər

15 Yanvar 2012 – ci il saat 14:00 da İnsan Hüquqlarının Tədrisi üzrə Təlim və Resurs Mərkəzində “İnsan Hüquqlarını məhdudlaşdıra biləcək amillər” mövzusunda 9-11 – ci sinif şagirdləri üçün mən, Vüsalə Dəniz Əliyeva və Sürəyya Şirinova təlim keçdik. Həmin təlim haqqında qısaca da olsa məlumat vermək istərdim. Təlimdə ilk öncə hər kəs özünü təqdim etdi və təlimdən nələri gözlədiklərini qeyd etdilər. Biz təlimçilər olaraq onlara İnsan Hüquqları haqqında suallar verdik. Onların arasında bu sualları cavablandıran da oldu, cavablandıra bilməyən də. Daha sonra biz İnsan Hüquqlarının tarixindən qısaca olaraq danışdıq və onlar bizim verdiyimiz bu məlumatlarla daha da genış informasiyaya malik oldular. Növbəti mərhələ qrup işi oldu. Üç qrupa bölünüb üç mövzu ətrafında işlədilər.

1. Öz hüquqlarımı qorumaq üçün zorakılıq daxil hər şey edə bilərəm?
2. Başqaları mənim hüquqlarıma riayət etmədiyi halda mən niyə başqalarının hüquqlarını gözləməliyəm?
3. Nəyə görə insan hüquqlarını insafsızcasına pozan şəxslərə “insan hüquqları” çərçivəsində yanaşılmalıdır?
Hər bir qrup öz mövzusunu gözəl şəkildə izah etdi. Müzakirələrdən sonra biz bu mövzunu əks etdirən video çarxlara baxdıq. Bu videolar onlara mövzunu daha da dərk etməkdə kömək etdi. Öz fikirlərimizi bildirib növbəti suallarımızı şagirdlərə ünvanladıq:
•Həyatın bütün hallarında insan hüquqlarının təmin edilməsi mümkündürmü?
•Əgər insan hüquqları məhdudlaşdırılırsa, bunun qanun əsasında olması mümkündürmü? Əgər mümkündürsə bu hansı hallarda ola bilər?
Şagirdlərin hər birinin bu mövzularda fikirləri çox maraqlı oldu. Ən əsası müxtəlif fikirlər və bu mövzuda müxtəlif rəylər oldu. Sonda dəyərləndirmə aparıldı. Uşaqlara bu təlimdə bilmədikləri bir çox məqamları öyrəndiklərini söylədilər. Təlim 16:00 da başa çatdı.
Vüsalə Dəniz Əliyeva

2 cavab »

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma