Günlük Arxivlər: Aprel 10, 2012

“12-ci gecə və yaxud hər nə istəsəniz”

Deməli başladıq 🙂 Teatrda olmağı, tamaşalara baxmağı çox sevirəm. Etiraf edim ki, Sumqayıt və Lənkəran teatrlarından başqa heç bir teatrda daha öncə olmamışdım. Mənlik olsa heç bir tamaşanı qaçırmaram. Tək də gedib tamaşaya baxmaq ləzzət eləmir 🙂 Bir gün Nilufərin Fb-dəki statusunda oxudum ki, teatra getmək istəyir… Dedim mən hazır… 🙂 Şekspirin  “12-ci gecə və ya hər nə istəsəniz” tamaşasına bilet aldıq.

Aprel ayının 5-i Akademik Milli Dram Teatrına, tamaşaya baxmağa yollandıq. Tamaşanın bədii rəhbəri Azər Paşa Nemət, quruluşcu rejissorları Vüqar və Fərid Əhmədovlar idi. Onu deyə bilərəm ki, klassik əsər müasirləşdirilmiş formada və eyni zamanda əyləndirici idi. Elə səhnələr var idi ki, çox gülməli, insana pozitiv enerji verirdi. Bir sözlə çox bəyəndik. Oxumağa davam et

Hotel Kaliforniya

Bu musiqi yaşanmış bir eşq hekayəsidir…

Bu hekayənin sadəcə başlanğıcı və irəliləyiş hissəsi musiqidə əksini tapır.

1969-cu ildə hekayənin qəhrəmanı olan oğlan uzun bir səyahətə çıxır. Yolu Kaliforniyadan keçərkən dincəlmək istəyir və “Hotel California”nı görür. Kiçik amma sevimli bir oteldir. İsti bir abu-havası vardır. Oxumağa davam et