Elxan Elatlıdan oxuduğum ilk kitab “Xəyanət”dir. Mənə yaxın olan insan bu kitabı mənə hədiyyə etdi. Kitabı alsam da onu 3-4 ay sonra oxudum. Halbuki kitabı mənə verən şəxs bu kitabı bir günə qurtarmışdı. Nəhayət kitabı oxuyub qurtaranda başa düşdüm ki, yazıçı bu əsərdə xəyanətin bütün tərəflərini açıb göstərib. Başa düşdüm ki, necə ki, həyatda sevginin müxtəlif növləri var, məsələn, vətənə sevgi, anaya sevgi, dosta sevgi, doğmalarına sevgi, sevdiyin insana sevgi var, eləcə də xəyanət bu cür növlərə ayrılır. İnsanlar sevdiyi kimi xəyanət də edə bilərlər. Vətənə, dosta, doğmalarına, sevdiyi insana xəyanət. Xəyanət sözü necə də ağırdır, elə deyilmi?! Mənə görə xəyanət bərabərdir yalana. Təəssüf edirəm ki, heç kəs xəyanətdən sığortalanmayıb.

Əsər maraqlıdır. Yazıçının detektiv axtarışlarını xüsusilə bəyəndim. Bu romanda müəmmalı qətllərin sirrinin açılmasından bəhs edilir. Əsər tanınmış həkim Əlisəttar Muradzadənin qızı Venaranın intihar səhnəsi ilə başlayır. İntihar etməsinin yeganə günahkarı kimi isə nazir Niyazi Məlikxanlını göstərir. Niyazi Məlikxanlı isə bunun tamamilə böhtan olduğunu bildirir. Cinayətin üstünün açılmasına məşhur istefada olmuş polkovnik Qanbay Qasımlını cəlb edir. Əsərdə Niyazi Məlikxanlının özünə qəsd etməsi də işi bir az çətinə salır. Lakin buna baxmayaraq sonda Qanbay Qasımlı həqiqi cinayətkarı Ruslan Dadaşovu tapır. Bütün cinayətlərin başında məs Niyazi Məlikxanlının ən yaxın dostu Ruslan Dadaşov dururmuş.

Əsərdə o qədər xəyanət var ki… Ruslan Dadaşov Niyazi Məlikxanlını qətlə yetirərkən qətli elə məharətlə hazırlamışdır ki, sanki bu özünə sui-qəsddir. Niyazinin yoldaşı Gülafət xanımın ərinə xəyanəti onun ən yaxın dostu Ruslan Dadaşovla… Sonda hər ikisi də xəyanətin cəzasını ödəyirlər. Hər ikisi avtomobil qəzasında həlak olur.

Əsərdə bir çox müsbət obrazlar da var ki, oxuduqca başa düşürsən ki, həyatda güvənə biləcəyin insanlar da var. Mahir, Nuranə xanım kimi… Sadəcə onları düzgün qiymətləndirmək lazımdır.

Əsərdə Qanbay Qasımlının dilindən deyilir: Xəyanətin nə olduğunu, necə yarandığını indiyə qədər dəqiqləşdirə bilməsəm də, bir şeyi dəqiq bilirəm: elə adamlar var ki, onlar xəyanət etməyi sadəcə olaraq bacarmırlar.

…Onlar belə böyüyəcəkdilər… Ola bilsin nə vaxtsa, kimsə  onlara xəyanət edəcəkdi. Ya, kim bilir, bəlkə də onlar özləri kiməsə xəyanət edəcəkdilər… İndi isə sakitcə yatırdılar. Hər şeydən xəbərsiz. Bəlkə də onılar heç bilmirdilər ki, dünyada xəyanət adlı bir şey var. ancaq biləcəkdilər… Mütləq biləcəkdilər!..

Əsəri oxumağı hər kəsə məsləhət görürəm. Çünki oxuduqca hadisələrin gedişatı insanı dəhşətə gətirir.

Vüsalə Dəniz Əliyeva

About these ads

38 cavab »

  1. aydinkerimovin deyir ki:

    …Onlar belə böyüyəcəkdilər… Ola bilsin nə vaxtsa, kimsə onlara xəyanət edəcəkdi. Ya, kim bilir, bəlkə də onlar özləri kiməsə xəyanət edəcəkdilər… İndi isə sakitcə yatırdılar. Hər şeydən xəbərsiz. Bəlkə də onılar heç bilmirdilər ki, dünyada xəyanət adlı bir şey var. ancaq biləcəkdilər… Mütləq biləcəkdilər!.. cox tutarli sozler oldu menimcun,,cox sagol,cox gozal yazmisan,,ve ele bilki eseri oxumush kimi hiss etdim ozumu,

  2. Gunel Memmedova deyir ki:

    Salam…dogurdan da cox gozle eserdi,mohtesemdi,dahiyane ustaliqla yazilmisdir bu eser…Men de Sizi kimi her kese meslehet gorerdim oxusun neinki bu eseri Elxan Elatlinin butun eserlerini…hamisi oxuduqca insani dehsete getirir,heyat cox qeribeymis dusunursen…ele bil qefletden oyandirir insani Elxan beyin yazilari…insanin heyran olmamasi ,kitablara baglanmamasi,oxumaqdan doymasi sadece olaraq mumkunsuz bir seydi…men de kitaba Elxan beyin eserlerinden sonra baglandim,sevdim…onunla heyati oyrendim,,,sevmeyi,,,inanin ki,Elxan beyin dahiliyini sozlerle ifade etmek sadece olaraq cetindi…yetmir kelimeler hetta…sozle ifade olunmur…men wexsen acizem,,,sadece kitablara heyran oldugum qeder Elxan beye de istedadina,wexsiyyetine vuruldum..”Cehennemden gelen ses” ”Qan lekesi” ”Dilenci qadinin sirri” ”Itmis qizin axtarisi” ”Besinci mertbede qetl” ”Arxali canavar” ”Qisas gecesi” ”Bakidan gelen xefiyye” ”Gorunmeyen izler” ”Xeyanet” ”Elekecmez yaquar” …

  3. Elyar Sadıqlı deyir ki:

    Mən bu əsəri başdan ayaga oxumaq istyirem tapim fikirmi deyecem

  4. Terminator deyir ki:

    Erotikadan başqa bir şey deyil, həmçinin digər kitabları.

  5. Rafiq deyir ki:

    Salamlar.Mən Elxan müəllimə eşq olsun deyirəm.Demək olar ki,əsərlərinin hamısını oxumuşam.Çox bəyənirəm Elxan müəllimin əsərlərini.Əsasəndə vətənpərvərlik ruhunda yazdığı əsərləri.Kriminal əsərlərinin davamını gözləyirik.

  6. Elina deyir ki:

    salam men umumiyyetle yazicinin her iki qehremanini beyenirem,hetta etiraf edim ki Elemdara vurulmuwam da.onda olan esil azeri kisisine xas olan xususiyetleri cox beyenirem.cox sagolun ki bela gozel eserler yazirsiniz

  7. elsad deyir ki:

    men xeyaneti oxumusam , pencerede gorunen kolge, dilenci qadinin sirri , cehenemnen gelen ses eladi

  8. elsad deyir ki:

    umumiyyetle elxan elatlinin butun eserleri eladi

  9. melek deyir ki:

    mende iyul ayinda oxumaga baslamisam bitire bilmirem.agir eserdi.belkede bizi yoran orda ardicil olarag edilen xeyanetlerdir/yaxsi kitabdir/men qan lekesi cehennemden gelen ses ele kecmez yaqurar qisas gecesi arxali canavar eserlerinide oxumusam

  10. Sabina deyir ki:

    Bu kitabi men 2 il evvel oxumuwam.Ilk defe idiki Elxan Elatlinin kitabini oxuyurudum.Cox xowum geldi.Ona gorede Onun diger eselerinide oxumaq menim ucun cox maraqli idi.Bu gune qeder en cox beyendiyim dedektivi *Qan Lekesidir…*

  11. sehriyar deyir ki:

    bu kitabin elektron varianti mene lazimdi

  12. aygun deyir ki:

    xeyanet cox yaxsi eserdi.eseri oxuduqca ordaki obrazlari sanki canli yasayirsan.men itmis qizin axtarisi,dilenci qadinin sirri,arxali canavar,pencerede gorunen kolge eserlerini de ox umusam cox beyenirem/

  13. Mete agazade deyir ki:

    Heqiqeten mohtesem bir eserdi, her kese oxumagi tovsiye edirem

  14. ....... deyir ki:

    esgerlikde oxumusdum bu eseri cox gozel eserdir amma kimin yazdigin helem bguun tapmisam tapsam internetden oxuyacam yene uzerinden 3 il kecesede yenede sevirem o eseri hem gozel eserdir hemde gozel illeri paylasdigim o cetin soyuq illerin eseridir hemde o soyuq illerde paylasdigim sevgi dolu iller idi amma indi hekayenin adi kimi oldu xeyanet indi daha cox sevirem o eseri eh

  15. Sebuhi Melikov deyir ki:

    Salamlar.Elxan Elatlinin eserlerini oxumusam ve her yeni nesri sebirsizlikle gozleyirem.En cox xosuma gelen eseri de “Dilenci qadinin Sirri”.Defelerle oxumusam.

  16. sadece men deyir ki:

    Elxan Elatlinin butun eserlerini oxumusam,hamisi biri birinden maraqli eserlerdir,MUBARIZE hesr olunmus eserden danismiram hele.bu yazilariniz ucun size tsk.edirem!

  17. rehman eliyev deyir ki:

    internetde var o eser ???varsa nece tapacaqimi deyerdinizde??

  18. Mesude deyir ki:

    eseri oxuyub bitirdim.duzun desem cox tesir edib.Qan lekesinden sonra bu sevdiyim ikinci eserdir

  19. Tontis Tontis deyir ki:

    Oxudugum ilk eserdi.Dordanda cox maraqli eserdi.

  20. kemale deyir ki:

    elatlının növbəti əsərini səbirsizliklə gözləyirəm

  21. narmin deyir ki:

    Elxan Elatlinin neinki “Xeyanət” butun eserleri eladi :) en cox sevdiyim eseri “cehennem’den gelen ses’ eseridi ))

  22. cox gozel eserdi daniwmaqla qurtarmaz cox gozel eserleri var Elxan Elatlinin

  23. ruslan deyir ki:

    dmen bu kitabi oxumusam cox gozal kitabdir isti izler arxali canavar ve ən yaxin planet hele bunları oxusaniz elxan elatlinı cox seveceysiniz

  24. lale deyir ki:

    super men de ilk eseri olaraq bunu oxumuwam hal hazirda ise bir cox eserlerinj oxuyuram indi oxudugum ise Pencerede gorunen kolge eseridir

  25. ayan sva deyir ki:

    sallammm. men elxan eletlinin erselerini oxumuwa hemcininde bu erseride.qalib dilenci qadinin sirri ve birde qan lekesi.onlari oxuyacam. birde qisas gecesini beyenmedim nedense. onun eseleri coxx eladiii.

  26. tamraz deyir ki:

    Elxan Elatlinin eserleri meni valeh edir ,xüsüsile de “Yaquar” obraz. Həyatda Eləmdar kimi dostumun olmasini cox istərdim.

  27. aygul deyir ki:

    Salam men elxan elatlinin kitablarini oxumus
    am cox maraqlidir xosum gelir

  28. adim qokki piwik apaydi :) deyir ki:

    salamlar hal hazirda elxan elatlinin xeyanat kitapini oxuyuyram o qeder maraqlidirdki kitapi aldigim 4gundu artiq yaridan coxunu oxumuwam cox maraqlidi …….. elxan elatliya ugurlar arzu edirem cox gozel eserleri var …………………….

  29. Tevekkul deyir ki:

    men Qan lekesini ozumuwam cox gozeldi

  30. Quliyeva Xurma deyir ki:

    Xeyanet… burada xeyanet yalniz oglanin qiza qarwi olan xeyaneti deyil. Bu kitabda her kes her kese xeyanet edir. Ama saf sevgi hissleri bu kitabin esasini tewkil etmekle yanawi xeyanetin de boyuk rolu oldugunu yazici hamiya aydin gostermiwdir…

  31. metanet deyir ki:

    Oxumaq Iisteyirem…

  32. Subhan dadashov deyir ki:

    Salam mende butun deyilenlere qoshularaq deye bilerem ki bu eser heqiqetende gozel bir eserdi. Hech kesede xeyanet etmeyi ve xeyanete meruz qalmaghi arzulamazdim! Elxan elatlinin pencerede gorunen kolge adli kitabinida hamiya meslehet gorerdim oda xeyanetden geri qalan kitab deyildir…

  33. azade deyir ki:

    salam xeyanet eserinin elektron versiyasini nece yukleye bilerem

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s